Həkim yayılan videoya görə işdən çıxarıldı – VİDEO

Vəkil Bəhruz Bayramov: Məhkəməyə müraciət edəcəyik

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsinin videosu yayıldıqdan sonra işdən çıxarılıb. Bu barədə Bizimyol.info saytına S.Məmmədovanın vəkili Bəhruz Bayramov məlumat verib. “Səbinə Məmmədovanın işdən çıxarılması ilə bağlı əmr yanvarın 12-də verilib, onun özünə isə yanvarın 17-də təqdim edilib”.

Vəkil əlavə edir ki, sosial şəbəkələrdə və mediada yayılan videonun çəkilməsindən S.Məmmədovanın xəbəri olmayıb. “Sözügedən video isə yanvarın 11-də çəkilib. O, predizdentə mürqciət edəndən sonra isə işdən azad edilib. Səbinə Məmmədova Rusiyann paytaxtı Moskvada dissertasiya müdafiə edib və tibb elmləri namizədidir. Həmin xanım Azərbaycana gəldikdən sonra ona qarşı qərəzli münasibət bəslənməyə başlayıb. O həmçinin yayda şöbə müdiri vəzifəsindən əsassız olaraq çıxarılıb. İnstitutut rəhbərliyi tərəfindən töhmətlər verilib və töhmətlərin verilməsindən ümumiyyətlə Səbinə xanımın xəbəri olmayıb. Əmrdə yazılır ki, guya hansısa xəstəni müalicə etməyib. Halbuki həmin xəstə S.Məmmədovanın pasiyenti olmayıb. Rəhbərlik S.Məmmədovaya açıq şəkildə bildirib ki, mən sizinlə işləmək istəmirəm”.

Bəhruz Bayramov qeyd edir ki, S.Məmmədovamın işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət edəcəklər. “Bu işlə bağlı məhkəməyə KİV də dəvət ediləcək və proses zamanı həmin səhiyyə müəssisəsində baş verən qanunsuzluqlar açıqlanacaq”.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovadan institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi sosial şəbəkələrdə yayılıb.

“Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə “emdiardı”, “eksdiardı”. Bəlkə, bu sizin “zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, “rifamiçin”ə qarşı həssasdır, digərində – davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm” – S.Məmmədova deyib.

Qeyd edək ki, S.Məmmədova prezidentə qərəzli şəkildə işdən çıxarılmasını deyərək məsələnin araşdırılmasını, institutun rəhbəri Həqiqət Qədirova haqqında ölçü götürülməsini xahiş edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button