Hərbi hissələrin maliyyə xidmətləri rəisləri cinayət məsuliyyətinə cəlb ediliblər

Khanlar_Veliyev_Album_180612_127.07.2013

Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin maliyyə xidmətləri rəisləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2013-cü ilin I yarım ilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Hərbi prokuror qeyd edib ki, hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib. Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq, baxılması üçün hərbi məhkəmələrə göndərilib.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlu, Əliyev Zaur Bayram oğlu, Nəzərov Şahmar Məmməd oğlu, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 313 və 326.1-ci maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.

Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 421347 manat maddi ziyan istintaq zamanı tam ödənilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button