Hərbi mənbələr Azərbaycanda F 16 təyyarələri olduğunu təsdiq etmirlər

“Yeni Müsavat” qəzetinin “Nasosnı” aeroportunda iki F16 təyyarəsi olduğu haqqında məlumatı həqiqətə uyğun deyil, bu barədə Turana məlumatlı hərbi mənbə bu qəzetin məqaləsini şərh edərkən bildirib.

F16 Amerika istehsalı olan təyyarədir, bu ölkə isə Azərbaycana bu növ texnika satmır, deyə mənbə qeyd edib.

Bu təyyarələrin “qonaq” qismində, yəni ABŞ və ya Türkiyə HHQ-nin xoşməramlı səfəri şəklində peyda olması haqqında suala cavabda mənbə bunun kiçik ehtimal olduğunu bildirib.

“İlk növbədə bu növ 2-3 təyyarənin gəlməsinin hərbi cəhətdən heç bir əhəmiyyəti yoxdur. Bu kəşfiyyatçı təyyarələr olsaydı, onların kəşfiyyatla məşğul olacağını ehtimal etmək olardı. Amerikalılar niyə başqa ölkəyə iki qırıcı göndərsin? Bu, mənasızdır. Bundan başqa, hərbi texnikanın ölkələrin sərhədindən uçması qonşu ölkələrin RƏM sistemləri tərəfindən görülməyə bilməz, onlara beynəlxalq konvensiya və müqavilələrin pozulması ilə əlaqədar izahat vermək lazımdır.

Çox güman ki, jurnalistlər MİQ-29-u F-16-ya bənzədiblər. Hərbi sahədə mütəxəssis, əlbəttə ki, onları qarışdırmaz, jurnalistlər isə belə bir səhvə yol verə bilərdilər. Buna görə əvvəlcə şəkillərə baxmaq, sonra məlumat yazmaq lazım idi”, deyə mənbə tövsiyə verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məsələ ilə bağlı rəsmi şərh almaq mümkün olmayıb

13.01.2012
CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button