H.Qocayev:”Gəncə icra başçısı Elmar Vəliyev mənə verdiyi vədin heç birini eləmədi” – VİDEO/FOTO

E.Vəliyev vətəndaşa prezident İlham Əliyevə yerinə yetirmədiyi “vədlər” üçün təşəkkür məktubu da yazdırıb.

1995-ci il təvəllüdlü, anadangəlmə qüsurla doğulan Fariz Qocayev 2014-cü il prezident İlham Əliyevin oğlu Heydər Əliyevə məktubla müraciət edir.

Məktubda F.Namazov anadangəlmə qüsurlu olduğunu bildirir və bir gənc olaraq yaşıdı Heydər Əliyevdən kömək gözlədiyini yazır. F.Namazovun ailəsi onun müalicəsi üçün lazım olan məbləği “Muğanbank” ASC-nin Gəncə şöbəsindən alır və 2008-ci ildə Türkiyədə onu əməliyyat etdirərək qulağına eşitmə cihazı yerləşdirir, müalicəsini aparırlar. Lakin Türkiyədən qayıtdıqdan sonra aldıqları kreditə qoyulan yüksək faizlər ailəni elə bir vəziyyətə gətirir ki, onlar nəinki Farizin müalicəsini apara bilirlər, hətta banka ödəniş aparmalarına baxmayaraq, zaman-zaman qoyulan faizlərin yaratdığı borcun altında bankrot olaraq bütün ümidlərini itirirlər. Bununla belə loqopedə, cəmi 20 gün müddətinə çatan və dəyəri 100 dollar olan eşitmə cihazının daşlarının alınmasına pul tapa bilməyən ailə evini satır, kirədə yaşayır. Bu gün isə nə satmağa evləri, nə də işlətməyə dükanları var.

dsc06729

Ailə vəziyyətdən çıxış yolu kimi ölkə başçısına, H.Əliyev Fondunun prezidentinə dəfələrlə məktubla müraciət edirlər. Buna baxmayaraq, onların məktubuna cavab verilmir – ya Gəncə şəhər poçtu tərəfindən məktubların Bakıya – Prezident Aparatına göndərilməsinin qarşısı alınır, ya da Prezident Aparatı bu məktubları layiqincə dəyərləndirmir. O baxımdan vətəndaş olaraq, prezidentin oğlu Heydər Əliyevə məktubla müraciət olunur.

dsc06744

Məktub prezidentə çatdırılır. Bu zaman Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev F.Qocayevin ailəsinə zəng vurur və onları İcra Hakimiyyətinə dəvət edir, ehtiyacları ilə maraqlanır. Farizin atası Hafiz Qocayev çox acınacaqlı vəziyyətdə olduqlarını, “Muğanbank” ASC-yə olan borcları səbəbindən işlətdikləri kiçik dükanın əlindən alındığını, hazırda kirədə yaşadıqlarını deyir. İcra başçısı Hafiz Qocayevə bir neçə vəd verir. Bildirir ki, onların bütün ehtiyaclarını ödəyəcək, hətta oğlunun təhsil alması üçün də iki illik ödəniş haqqını verəcək, hazırda işsiz olan Hafiz Qocayevi də H.Əliyev Mərkəzində mühafizə rəisi təyin edəcək və ən əsası ailəni evlə təmin edəcək. Hətta bundan sonra E.Vəliyev Hafiz Hacıyevə prezident İlham Əliyevə yerinə yetirmədiyi “vədlər” üçün təşəkkür məktubu da yazdırıb.

sam_2840

Söhbətdə icra hakiminin müvini Rafiq Şəfiyev, hüquqşünas Xaqani müəllim də iştirak edirlər. Hafiz Qocayev Elmar Vəliyevin sözünün üstündə durmadığını iddia edir və deyir ki, oğlunun yalnız bir illik təhsil haqqını ödədi və 4 sot heç bir kommunal xidməti olmayan sahədə torpaq yeri ayırdı. Bundan başqa verdiyi heç bir vədi yerinə yetirmədi. Bu haqda etirazını bildirəndə, “bəy verən atın dişinə baxmazlar”, cavabını alıb. Prezident Aparatında Gəncənin kuratoru olduğu söylənilən Vəfadar müəllimlə görüşdüyünü deyən H.Qocayev bildirir ki, onunla telefonda danışanda, “Nə istəyirsən, sənə köməklik edib də…” deyib. H.Qocayev ona verilən vədlərin heç birnin həyata keçmədiyini qeyd edib. Prezident Aparatının məsul şəxsi, “görmürsən, başlı başını bir təhər saxlayır. Get sən də öz başını saxla” deyərək, ehtiyacı olan bir ailənin ölkə rəhbərliyinə inamını qırıb: “Bir ölkənin məsul bir şəxsi bu nə sözdür mənə deyir? Bizi dinləmək, bizə kömək etmək əvəzinə bizi taleyimizlə baş-başa qoyurlar. Məktublarımızın belə prezidentə çatmasına imkan vermirlər” .

Məktubları yazmaqda davam etdiyini, lakin həmin məktubların yenidən Gəncə şəhər İcra hakimiyyətinə göndərildiyini, bununla da heç bir nəticə əldə edilmədiyini deyən H.Qocayev oğlu F.Qocayevin vəziyyətinin günbəgün pisləşdiyini deyir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button