Hacıbala Abutalıbov oğlunu evinə buraxmır

İsrafil Abutalıbov vəhhabiliyi qəbul edib, oğluna isə Əbubəkr adı verib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov uzun illər Azərbaycandan kənarda yaşayan oğlu İsrafili vətənə geri döndükdən sonra evinə buraxmayıb.
Bu barədə ASİ-yə etibarlı mənbə xəbər verib. Bildirilir ki, merin oğlu 2008-ci ildə ölkəni tərk edənə qədər Milli Parkın qeyri-rəsmi rəhbəri olub. Həmin il İ.Abutalıbov parkın bərpası üçün ayrılan külli miqdarda pulu mənimsəyərək İngiltərə gedib. Rabitə naziri Əli Abbasovun kürəkəni olan İ.Abutalıbov mühacirətə getdikdən sonra nazirlə qohumluq münasibətlərinə son verib. Mühacirətdən əvvəl eyş-işrət içində və başıpozuq bir həyat yaşayan İ.Abutalıbov İngiltərədə dinə qayıdıb, vəhhabi təriqətinə qoşulub. Hazırda uzun saqqal saxlayıb ibadətlə məşğul olan İ.Abutalıbov yenidən ailə həyata qurub və ikinci nikahdan oğluna I Xəlifə Əbubəkrin adını verib.
İ.Abutalıbovun Həcc ziyarətindən az öncə qayıtdığı və birdəfəlik Bakıda məskunlaşdığı deyilir. Maraqlıdır ki, İ.Abutalıbov şəxsiyyət vəsiqəsində və ümumvətəndaş pasportunda saqqallı şəkilli olan ilk Azərbaycan vətəndaşıdır. Daxili İşlər Nazirliyi İ.Abutalıbova pasportunda saqqallı şəkil çəkdirməsinə göz yumub.
Hazırda İ.Abutalıbov “Memar Əcəmi” metrostansiyası yaxınlığında olan yeni binada yaşayır. Bildirilir ki, Hacıbala Abutalıbov oğlunu qəbul etməyib. Hətta İsrafil Abutalıbova ata evinə gəlməyi belə qadağan edib. İ.Abutalıbovun Bakı kəndlərində dini kurslar yaratdığı bildirilir.

Əfqan

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button