Hadı Rəcəbli Allahşükür Paşazadədən yazan hakimiyyət saytlarını “mənəviyyatsız” adlandırdı

“Allahşükür Paşazadə Moskvada gedib orda görüşlər keçirəndən sonra belə təxribatlara başladılar”

“Dünyanın heç bir ölkəsinin dini liderini bilərəkdən, özlərindən düşünülmüş şəkildə bəzəyib belə ortaya qoymurlar. Bu iyrənc hərəkətdir. Allahşükür Paşazadə bizim xalqın dini lideridir. Dünya onu qəbul edib”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Lənkərandan olan deputatı Hadi Rəcəbli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə bağlı mətbuata yazılanlara münasibət bildirərkən deyib.

Qeyd edək ki, son günlər ilk olaraq hakimiyyət saytlarında Allahşükür Paşazadənin oğlunun ölkəni birdəfəlik tərk etməsi və şeyxin qudası, keçmiş deputat Hacı Qalibin oğlunun həbs edilməsi haqqında məlumatlar yayılıb.

Deputat bildirib ki, Allahşükür Paşazadə haqqında yayılan məlumatların arxasında erməni lobbisi durur.

“Çünki şeyx Moskvada gedib orda görüşlər keçirəndən sonra belə təxribatlara başladılar. Belə mənəviyyatsızlıq olar? Buna mənəviyyatsızlıq deyirlər. Ona görə də cəmiyyət gərək belə hissə, kütlə psixologiyasına qapılmaya. Azərbaycanlı necə azərbaycanlını baltalaya bilər? Bunu erməni lobbisi və ona uyan bəzi saytlar ediblər. Azərbaycan mətbuat belə olmamalıdır.
Allahşükür Paşazadə hər zaman dövlətçiliyə sadiq insan olub. O, ümummilli liderimiz Heydər Əliyevin, cənab prezident İlham Əliyevin hər zaman yanında olub. Həmçinin dünyanın bütün dini qurumları da onu qəbul ediblər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button