Hafiz Hacıyev-Hacıbala Abutalıbov davası qızışır-İTTİHAM

Hafiz Hacıyevdən Abutalıbova ağır ifadələr...

Hafiz Hacıyev: “Yanan binada ölənlərin qanı onun üzərindədir” 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev arasında başlayan qalmaqal böyüyür. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar, təhqirlər səsləndirirlər.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev arasında başlayan qalmaqal böyüyür. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar, təhqirlər səsləndirirlər.

Musavat.com-a açıqlamasında H.Hacıyev Hacıbala Abutalıbovun ünvanına ağır təhqirlər səsləndirib: “O, qocaldıqca ağlını itirir. Səyin biridir. Hacıbaladan heç vaxt (təhqiramiz ifadə olduğu üçün redaksiya ixtisar etdi) …. çıxmayıb, çıxmayacaq da. O, çöldə yox, həbsdə olmalı idi. Yanan binada ölənlərin qanı onun üzərindədir. Onların ahı Hacıbalanı tutacaq. Özünü kloun yerinə qoyub. Prezident soruşur ki, bina kimindir, deyir bilmirəm. Amma kimsə özünə tualet tikəndə belə, yanına gedib, pul alır. Oğlu Azərbaycanın pullarını vəhhabilərə yedizdirir. Ondan soruşmaq lazımdır ki, sənin nədən xəbərin var? Yerində olmayan sarsaq, avara, qocalıb ağlı getmiş bir kloundur. Özünü dəliliyə qoyub, düşüb orta. O, saçının ağarmasına hörmət etməlidir ki, mənə bu cür sözlər deyir”.

  
Hafiz Hacıyev BŞİH rəhbərini məhkəməyə verəcəyini bildirdi: “Onu məhkəməyə verəcəm. Dəliliyimi sübut etməlidir. Mənə deyir ki, axmağam. Axmaq onun özüdür. Hacıbala səviyyəsiz bir adamdır. Onun qardaşı oğlu gətirib, binanı yandırıb. Onun kimisi bayırda gəzirsə, insan qırğınından xəbəri yoxdursa, demək, hamımız yana bilərik. Alışqan şəkildə olan materialları gətirib, xalqı yandırır. Demişəm ki, bu materialları gətirən onun qohumdur. Sözümün üstündə dururam. Onun gözü bir ay qabaq yanan binanı görmürdü?! Onun özünün 20-30 villası var. Gör nə qədər anormal adamdır ki, Bakıya merlik edir. O, yerində olmayan (təhqiramiz ifadə olduğu üçün vermirik-red) … biridir. Üç dəfə prezidentliyə namizəd olmuşam. İndi məhkəmədə dəliliyimi sübut edər. O, dediyi sözlərə görə cavab verəcək. Onun etdiklərini ortaya qoyacam. Oğlu və özü birbaşa vəhhabilərə işləyirlər. Hacıbala təcili həbs edilməlidir. Yanan bina qərargahımıza yaxındır. Qorxusundan axşam ora gəldi.
Sən hardaydın, Hacıbala? Harada gizlənmişdin? Pul yığırdın? Onun kimi birisinin mer olması təhqirdir. Qardaşım İlham Əliyevə müraciət edəcəm ki, dəliliyimi Hacıbala hardan bilir? O, böyük bir partiyanın sədrini təhqir edib. Bu, ona baha başa gələcək. Ona başqaları deyiləm. Vəhhabilərə pulumuzu yedirsin, prezidentin ünvanına başqa yerlərdə ağlına gələni danışsın, prezidenti görən kimi, klounluq etsin. Hacıbala kimi (təhqiramiz ifadə olduğu üçün ixtisar edirik-red.) …dan prezident canını qurtarmalıdır. Buna biz də kömək etməliyik”.
Partiya sədri BŞİH-nin qarşısında aksiya keçirəcəklərini söylədi: “Partiya üzvlərim indi getmək istəyirdilər icra hakimiyyətinin qabağına. Özüm qoymadım. Məhkəmə bu …xarabın fikrinə münasibət bildirməsə, böyük mitinq keçirəcəyik. Kim öləcək, kim qalacaq, Hacıbalanın məsuliyyəti olacaq. Ona cavab verməyə söz tapmıram. Mənə dediklərini özünə şamil edirəm”.
Hafiz Hacıyev Hacıbala Abutalıbovun qorxusundan ona zəng etmədiyini də qeyd etdi: “Onda cəsarət yoxdur. Telefonumu bilir, qeyrəti çatırsa, zəng etsin. Edə bilməz. Kişiliyi varsa, efir vaxtı alsın. 16 nəfərin ölümündə əli olduğunu sübut edim. Bu oyunların başında vəhhabilər durur. İmkan verə bilmərəm ki, qardaşım İlham Əliyevə xəyanət edilsin. Onun zəngini gözləyirəm. Hacıbalanın Azərbaycan xalqının övladlarını necə qırdırdığını sübut edəcəm”.
Qeyd edək ki, hər iki şəxs arasındakı narazılıq Hafiz Hacıyevin baş verən yanğında Hacıbala Abutalıbovu ittiham etməsindən sonra başlayıb. Bu ittihamlara cavab olaraq Hacıbala Abutalıbov H.Hacıyevi dəli və axmaq adam adlandırmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button