“Hafka” Londondan cavab verdi: “Tam yalandır, qayıdıram…”

“Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”.

Bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur oliqarx Hafiz Məmmədov (“Hafka”) deyib.

“Hafka” onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.

“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”- deyə oliqarx bildirib.

Xatırladaq ki, bu gün bəzi KİV-lər “Hafka”nın adının da “oliqarxların işi”ndə keçdiyini, onun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button