Hakerlər bank hesabından 9,4 milyon dollar oğurladılar

haker-1.jpg

Rusiyada bank sistemini şoka salan oğurluq hadisəsi baş verib.

Xural.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, naməlum hakerlər “Metallinvestbank”ın hesabından 677 milyon rubldan çox (təxminən 9,4 milyon dollar) pul çıxarıblar.

Hüquq-mühafizə orqanlarındakı mənbə oğurluğun hakerlər tərəfindən edildiyini təsdiqləyib. Bankın informasiyasına əsasən fevralın son günlərində onların hesablarından 677 milyon rubldan çox pul başqa hesablara köçürülüb. Pulların fiziki şəxslərin adına olan bir neçə bank hesabına köçürüldüyü və nağdlaşdırıldığı güman olunur. Fakt üzrə cinayət işi qaldırılıb.

Oğurluqdan sonra “Metallinvestbank” Mərkəzi Bankdan xahiş edib ki, onu təcili elektron pul köçürmələri sistemindən çıxarsın.

Qeyd edək ki, “Metallinvestbank” öz aktivlərinin həcminə görə Rusiya bankları arasında 89-cu sıradadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button