HAKİM ƏVƏZ ZEYNALLININ BÜTÜN VƏSATƏTLƏRİNİ BİR DAHA RƏDD ETDİ

1A95E4E5-0D4C-4628-9D72-DB1D2F059E32_mw1024_n_s03.05.2013

Əvəz Zeynallı: “Mən sizdən özümə bəraət istəyirəm və haqqımda qaldırılan cinayət işinin saxta və qondarma olduğunu məhkəmə hökmü ilə təsdiqləməniz üçün sizdən cəsarət gözləyirəm”.

 Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmənin hazırlıq iclası davam edib. Xatırladaq ki, ötən hazırlıq iclasında müdafiə tərəfi hakim tərkibinə etirazla bağlı vəsatət verib. Qeyd edək ki, Ə.Qasımovu sədrliyilə olan bu məhkəmə tərkibi həm də ba. Redaktorun həbsindən sonra onun avtomobilində, evində və ofisində aparılmış axtarışla bağlı olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxıb və müdafiə tərəfinin əleyhinə qərar çıxarıb. Ə.Qasımovun sədlik etdiyi kollegiya etirazı qəbul edib və baxılması üçün Apellyasiya Məhkəməsinin sədrinə təqdim edib. İclas başlayarkən hakim Əflatun Qasımov ötən iclasda məhkəmə heyətinin tərkibinə etirazla bağlı verilmiş vəsatətin qəbul olunmadığını və hazırkı heyətlə məhkəmə prosesinə davam etdiriləcəyini bildirib.

İclasda Bkı şəhər Vergilər Departamentinin Baş hüquqşünası İsmayıl Abbasov da iştirak edib. Vergilər Naziriliyi Bakı Ağır Cinayətlət Məhkəməsinin qərarından narazı olduğunu bildirib. Məlumat üçün bildirək ki, BACM-nin Ə.Zeynallı haqqında çıxardığı hökmdə AR CM 213.1 maddəsilə qaldırılmış iddia qismən təmin edilib və baş redaktor həbsdən azad edildikdən sonra vergi borclarına görə xəzinəyə 4076 manat köçürməsi qərara alınıb. İlkin instansiya məhkəməsində Vergilər Nazirliyinin əməkdaşı mütəxəssis qismində çıxış edərək, istintaq zamanı “vergi borcları” ilə bağlı göstərilən 7 min manatdan çox məbləğin düzgün hesablanmadığını bildirsə də, apelltyasiya şikayəti verilrkən Vergilər Nazirliyi də iddiasını artıqmaq qərarına gəlib.

Vəkil Elçin Sadığov məhkəmədə istintaqın qismən yenilənməsinə dair vəsatət verib. Bundan başqa müdafiə tərəfi həm də I İnstansiya məhkəməsində sabiq deputat, hazırda AR CM-nin 178-ci- dələduzluq maddəsilə ittiham olunan Gülər Əhmədova ilə yanaşı bir çox şahidlər müdafiə tərəfinin suallarını cavablandırmayıblar və bununla da məhkəmədə çəkişmə prinsipi pozulub. Vəkilin bu məsələ ilə bağlı da qaldırdığı vəsatət təmin edilməyib. Hakim Əflatun Qasımov bildirib ki, hazırkı mərhələdə şahidlərin dindirilməsinə ehtiyac yoxdur. Əvəz Zeynallı hakimlərə xitabən bildirib: “Mən 11 ay bu dəmir barmaqlıqların arxasından azad və müstəqil mətbuatın davasını apardım. Heç kimin siyasi nüfuzundan və tutduğu vəzifədən çəkinmədən Azərbaycanda müstəqil mətbuatın qatillərinin adlarını açıqladım. Ümidvaram ki, ötən prosesdə olduğu kimi deyil, bu dəfə siz bizim işimizlə daha yaxından tanış olmusunuz. O zaman əgər siz də bütün müdafiə cəhdlərimizə baxmayaraq, sonda  “Müşavirə otağı”na gələn zənglə haqqımda qərar qəbul edəcəksinizsə, nə bizi, nə də özünüzü yorun və prosesi daha bir neçə ay uzatmağa cəhd göstərməyin. Mən sadəcə sizdən özümə bəraət istəyirəm və haqqımda qaldırılan cinayət işini saxta və qondarma olduğunu məhkəmə qərarı ilə təsdiqləməniz üçün sizdən cəsarət gözləyirəm”.

 İş məhkəmə baxışına mayın 13-də saat 14.30-a təyin olundu.

Məlumat üçün bildirək ki,  Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.

Əvəz Zeynallı isə ittihamlarla və hökmlə razılaşmır və hakimiyyəti tənqid edən yazılarına görə, siyasi sifarişlə həbs edildiyini bildirir.
Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq barəsində 3 ay və mayın 9-da daha 3 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button