Hakim Ramella Allahverdiyeva: “Toğrul Əhmədovun ardınca maşın göndərin!”

 

12.10.2012

Keçmiş deputat Gülər Əhmədovanın oğlunun məcburi şəkildə məhkəməyə gətirilməsinə qərar verilib. Bu barədə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsində hakim Ramella Allahverdiyeva deyib: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında eynidir. İstintaqa ifadə verib, zəhmət çəksin məhkəməyə də gəlsin. Maşın göndərin ardınca!!!”

Xatırladaq ki, Ə.Zeynallının məhkəməsində şahidlərin dindirilməsi prosesi başa çatır. Artıq 4 şahidin ifadə verməsi üçün məhkəməyə gətizdiləcəkləri gözlənilir. Onlardan ikisinin – Toğrul Əhmədov, və Tənzilə Rüstəmxanlının oktyabrın 16-da saat 10.00-da BAC məhkəməsində keçiriləcək məhkəmə prosesinə gətirdiləcəkləri gözlənilir. Qeyd edək ki, təxminən 40 gün əvvəl məhkəmə bütün şahidlərin prosesə məcburi şəkildə gətirilməsi üçün qərar verib. Eyni zamanda da keçmiş deputatın oğlu haqqında.

 Mətbuatda yayılan xəbərlərdə isə bildirilir ki, Gülər Əhmədovanın oğlanları ölkəni gizli olaraq tərk ediblər. Anaları G.Əhmədovanın oktyabrın 11-də beynəlxalq hava limanında saxlanılması da, ailənin planında xaricdə siyasi mühacir statusu almaq niyyətinin olmasından xəbər verir.

Azərbaycan qanunlarına görə, T.Əhmədov məhkəmədə ifadə vermədiyi təqdirdə, onun istintaqa verdiyi ifadə əsassız hesab olunacaq.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button