“Hakim sistemi bütünlüklə dəyişmək lazımdır!”

yavlinski

“Rusiyadakı bu hakim sistemi bütünlüklə dəyişmək lazımdır. Bunu elə indicə, təxirəsalmadan etmək lazımdır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın müxalifət partiyası olan “Yabloko”nun lideri Qriqori Yavlinski Boris Nemtsovun qətlinin ildönümü ilə bağlı tədbirdə bəyan edib.

O, Dumaya qarşıdan gələn seçkiləri  “çox mühüm” adlandırıb:

“Bu dəyişikliyi seçki vasitəsilə etmək lazımdır. Xalqın siyasi iradəsi ortada olmalıdır. Bu seçkilər ölkənin gələcəyini müəyyən edəcək. Biz nə uğrunda mübarizə apardığımızı başa düşməliyik. Uğura nail olmalıyıq”.

Onun sözlərinə görə, müxalifətin hədəfi aydın olmalıdır: 

“Başa düşürük ki, bizim əsas siyasi rəqiblərimiz Dumadakı “kardon ayaqlı” partiyalar, saxta şüvənçilər yox, Nemtsovu öldürənlərdir. Onlar əllərini ölkəmizin gələcəyinə uzadırlar. Onları dayandırmaq lazımdır!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button