Hakimiyyət Norveç Evini bağladı

Qənimət Zahid Nəsiminin abidəsinin qarşısında Demokratiya Hərəkatının iclasını keçirib…

Qənimət Zahidin başlatdığı Demokratiya Hərəkatının toplantısı Nəsimi heykəlinin qarşısında keçirilib. Buna səbəb Norveç İnsan Hüquqları Evinin qapadılması olub. Dünənə təyin olunan Demokratiya Hərəkatının yığıncağının keçirildiyi saatda məlum olub ki, artıq Norveç İnsan Hüquqları Evi bu ünvandan daşınıb. Buna səbəb narkotiklə şərlənərək həbs edilən cəbhəçi gənc Cabbar Savalanlının hüquqlarını müdafiə komitəsinin bir neçə gün əvvəl keçirilən toplantısı olub. Toplantının keçirilməsindən sonra hakimiyyət cəbhəsindən sərt xəbərdarlıq alan ev sahibi qorxusundan Norveç Evini bağlayıb və dərhal onların daşınmasını tələb edib.

Qənimət Zahidin Hərəkatının toplantısı saat 13.00-da idi. Vaxtın tamamında onlarla gənc qapının ağzında toplanmışdı. Hadisə haqqında məlumat verən «Azadlıq» qəzetinin baş redaktoru, hadisəni hakimiyyətin dözümsüzlüyü və qabiliyyətsizliyi kimi dəyərləndirib. Gənclərin bir yerdə toplandığını görən polis zabiti yaxınlaşaraq burada toplaşmağın qadağan olunduğunu deyib və gəncləri Nəsiminin yaxınlıqda yerləşən abidəsinin qarşısına dəvət edib. Ayaqüstü toplantı keçirən Qənimət Zahid toplantılara davam ediləcəyini və Hərəkatın özünün ofisi olması üçün gələn həftə müzakirələr aparılacağını bildirib. Məlum olub ki, Demokratiya Hərəkatının toplantısı həftənin 3-cü günü RATİ-nin ofisində baş tutacaq.

Fürsət varkən hərəkat təmsilçiləri Nəsiminin abidəsinin qarşısında xatirə şəkli çəkdiriblər.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button