Hakimiyyәtin Gürcüstan әmәliyyatları ilә bağlı hesabat hazırlandı

Siyasi Məhbusları Müdafiə Mərkəzi Azərbaycan hakimiyyətinin yerli demokratik düşərgə fəallarına qarşı Gürcüstan üzərindən həyata keçirdiyi əməliyyatlarla bağlı hesabat hazırlayıb. Hesabat “Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” adlanır.

Hesabar barədə təşkilatın rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

O.Gülalıyev bildirir ki, hesabatın hazırlanmasına bu ilin may ayından başlanıb. Hazırda sənədin üzərində son tamamlama işləri aparılır. Yaxın günlərdə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

“Hesabat Gürcüstanda azərbaycanlı siyasi mühacirlərlə bağlı cərəyan edən hadisələr, qonşu ölkəyə birbaşa və ya dolayısı ilə bağlı olan və orda həyata keçirilən son həbslər, azərbaycanlı ictimai- siyasi fəallara, jurnalistlərə, iş adamlarına qarşı təzyiqlər, bu hadisələri doğuran səbəblər, mövcud durum və vəziyyətdən çıxış yolları ilə bağlıdır”, – deyə hüquq müdafiəçisi xəbər verir.

O.Gülalıyev bildirir ki, hesabatı hazırlamaqda məqsəd azərbaycanlı siyasi mühacirlərlə bağlı qonşu ölkədə son zamanlar baş verənləri araşdırmaq, problemi doğuran səbəbləri və çıxış yollarını göstərməkdir. Sənədin aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim edilməsi nəzərdə tutulur. SMMM bununla diqqəti Gürcüstanda baş verən hadisələrə yönəldib, problemin həllinə yardımçı olmaq istəyir.

Sənəddə Gürcüstandan qayıdandan az sonra həbs edilən (sonradan Bakı İstintaq Təcridxanasında həyatın son qoyulan) Mehman Qələndərov, hazırda Gürcüstanda məhkəməsi gedən klinika rəhbəri Fərman Ceyranlı, Gürcüstandan qayıdarkən həbs olunan AXCP sədr müavini Gözəl Bayramlı, Tbilisidən oğurlanaraq Bakıya gətirilib, həbs edilmiş jurnalist Əfqan Muxtarlı, hazırda Gürcüstanda siyasi mühacir həyatı yaşayan Daşqın Ağalarlı və başqaları ilə bağlı bölmələr var.

O.Gülalıyev ümid edir ki, hesabat yerli və beynəlxalq təşkilatlar üçün Gürcüstanda azərbaycanlı ictimai-siyasi fəallara, iş adamlarına qarşı həyata keçirilən son həbsləri və təzyiqləri araşdırmaq baxımdan maraqlı sənəd olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button