Hamı Sevgililər Gəzintisinə!..

İlmam və FərizəMətbuatın diqqətinə!

30 İyun Azərbaycanda Sevgililər Günüdür! Bu münasibətlə hər il olduğu kimi bu il də Şəhidlər Xiyabanının qarşısından başlayan “Sevgililər Gəzintisi” olacaq. Gəzinti Şəhidlər Xiyabanının qarşısındakı meydançadan başlayacaq və Müqəddəs Şəhidlərimizin ziyarət olunması ilə davam edəcək. Şəhidlər Xiyabanının gəzintisindən sonra “Sevgililər Gəzintisi” Milli Parkda davam edəcək.

“Sevgililər Gəzintisi”ndə iştirak edən soydaşlarımızı sürpriz hədiyyələr gözləyir.

Bütün sevənləri, duyarlı vətəndaşlarımızı və mətbuatımızın dəyərli insanlarını “Sevgililər Gəzintisi”ndə aramızda görmək istəyirik.

Gəzintimiz 30 İyun 2011-ci il, səhər saat 11.00-da, Şəhidlər Xiyabanının qarşısından başlayacaq…

Sevgililər Gününüz mübarək olsun!

“Xural” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button