Hamı velosipedə!

yaşıl həftəTəbiəti sevənlər hərəkətə keçir…

XuralTAC-a daxil olan məlumata görə, sentyabrın 4-də “Təbiət Dostları” Gənclər İctimai Birliyi “Yaşıl Həftə” adlı ekoloji-maarifləndirici kampaniyaya start verir. 2011-ci ildə ətraf mühitin qorunmasına həsr olunmuş bu kampaniya 4-11 sentyabr tarixlərini əhatə edəcək.

Bir həftə davam edəcək silsilə tədbirlər kampaniyasının məqsədi insanları bir araya toplayaraq, ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır. Bu yöndə həftə boyunca hər gün müxtəlif tədbirlər keçiriləcək. Tədbir açıq havada velosiped və piyada yürüşləri, müxtəlif idman və əyləncəli oyunlar, seminarlar və yeni nəslin maariflənməsi istiqamətində proqramlardan ibarət olacaq. Sonda isə həftə ərzində çəkilən fotolar toplanaraq, görülən işlərin fotosərgisi keçiriləcək. Sərgi rəsmi bağlanış günü, sentyabrın 11-də baş tutacaq.    

Yaşıl Həftəyə dəstək olan klublar və əməkdaşlar:

– Yaşıl Velosipedçilər Klubu
– Ekofotoqrafiya Klubu

NİSA

– Təbiət Dostları GİB – (keçmişdə Yaşıl Velosipedçilər Klubu) 2008-ci ilin sentyabr ayında bir qrup fəal gənc tərəfindən yaradılıb. Missiyası Azərbaycanda ekoloji-maarifləndirici işləri gücləndirməklə davamlı ekosistemin qorunub saxlanmasında, həmçinin fiziki sağlam və öz ölkəsini sevən cəmiyyətin qurulmasına töhvə verməkdir. Klub olaraq vəzifələrimiz cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət, qeyri-dövlət, media, biznes və digər strukturların nümayəndələrinin, xüsusilə gənclərin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaq, velosiped kimi ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini ölkəmizdə təbliğ və inkişaf etdirməkdən ibarətdir. Qeyri-dini, qeyri-siyasi bir klub kimi fəaliyyət göstərən Təbiət Dostları GİB  3 il ərzində öz əhatəsinə 2000-dən çox təbiətsevəri toplayıb.

Gələcək nəsillərin sağlam ətraf mühitdə yaşaması naminə sizləri biz – ətraf mühit qoruyucuları ilə birgə olmağa çağırır və kampaniyanın həyata keçirilməsində kömək və dəstəyinizi gözləyirik (kampaniyaya dəstək olmaq istəyənlər info@yvk.az ünvanı ilə əlaqə saxlaya bilərlər).

Sizi, sentyabrın 4-ü Dənizkənarı Milli parkda “Yaşıl Həftə”-nin rəsmi açılış gününə dəvət edirik. Bizə həftə ərzində də qoşula bilərsiniz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button