Haqqında ən çox mənfi xəbər dərc olunan millət vəkili kimdir?

İnternet sayt və portallarında adı ən çox çəkilən millət vəkili – Mehriban Əliyeva

Qəzet və jurnallarda ən çox adı hallanan millət vəkili – Əflatun Amaşov

Televiziya kanallarında ən çox xəbərə mövzu olan millət vəkili – Əflatun Amaşov

Radio xəbərlərində haqqında ən çox danışılan millət vəkili – Oqtay Əsədov

***

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi deputatlarla bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 13678 xəbər yerləşdirilib. Bunlardan 59 xəbər mənfi, 20 xəbər müsbət və 13599 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Rafael Cəbrayılov (13 xəbər – deputatdan laqeydlik), Ağalar Vəliyev (12 xəbər – deputat mandatından məhrum edilə bilər iddiaları), Elmira Axundova (12 xəbər – deputat və oğlu haqqında şikayət). Müsbət xəbərlər isə Eldar Quliyev (18 xəbər – BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin Avropa Xidməti Ordeni ilə təltif edilib) və Azay Quliyevə (2 xəbər – deputatın “Fədai” medalı ilə təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Mehriban Əliyeva                  1314 xəbər
  2. Rövnəq Abdullayev               843 xəbər
  3. Əflatun Amaşov                    795 xəbər
  4. Azay Quliyev                         684 xəbər
  5. Qənirə Paşayeva                    672 xəbər
  6. Bahar Muradova                    491 xəbər
  7. Vahid Əhmədov                    466 xəbər
  8. Cavid Qurbanov                    448 xəbər
  9. Siyavuş Novruzov                 421 xəbər
  10. Vasif Talıbov                          365 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2269 xəbər dərc edilib. Bu xəbərlərdən 2246-sı neytral, 23-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında lider Mirkazım Kazımovdur (23 xəbər – “Azadlıq” qəzetinə borcunu ödəməməsi). İyul ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

  1. Əflatun Amaşov                    188 xəbər
  2. Mehriban Əliyeva                  179 xəbər
  3. Siyavuş Novruzov                 103 xəbər
  4. Vahid Əhmədov                    91 xəbər
  5. Bahar Muradova                    79 xəbər
  6. Rövnəq Abdullayev               76 xəbər
  7. Musa Quliyev                         70 xəbər
  8. İsa Həbibbəyli                         69 xəbər
  9. Hikmət Məmmədov               65 xəbər
  10. Vasif Talıbov                          58 xəbər

İyul ayında televiziya kanallarında deputatlar haqqında 818 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

  1. Əflatun Amaşov                    103 xəbər
  2. Mehriban Əliyeva                  80 xəbər
  3. Fuad Muradov                       47 xəbər
  4. Bahar Muradova                    47 xəbər
  5. İsa Həbibbəyli                        38 xəbər
  6. Rövnəq Abdullayev               38 xəbər
  7. Azay Quliyev                          29 xəbər
  8. Oqtay Əsədov                         25 xəbər
  9. Eldar İbrahimov                    25 xəbər
  10. Qənirə Paşayeva                    24 xəbər

Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 53 xəbər verilib.

Xəbər sayına görə sıralama:

  1. Oqtay Əsədov                          20 xəbər
  2. Bahar Muradova                    11 xəbər
  3. Ziyafət Əsgərov                     10 xəbər
  4. Ülviyyə Ağayeva                   5 xəbər
  5. Səməd Seyidov                      2 xəbər
  6. Siyavuş Novruzov                 1 xəbər
  7. Hadı Rəcəbli                          1 xəbər
  8. Əflatun Amaşov                    1 xəbər
  9. Cavid Qurbanov                    1 xəbər
  10. Qənirə Paşayeva                     1 xəbər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button