Haqsızlıqla döyüşən adam: Çapay Sultanov-80 – FOTO/VİDEO

ÇAPAY SULTANOV BANER

Məhz onun kimi insanlar cəmiyyətə  hər zaman lazımlı, xeyirli insanlar sayılıblar

Ömürlə yanaşı uzanan yol…

Elə insanlar var ki, onlar haqqında danışmaq çox çətindir. Bu insanlar cəmiyyətin düşüncəsini, təfəkkürünü istiqamətləndirməklə yanaşı, həm də onu inkişaf etdirir. Sadə dillə desək, belə insanlar cəmiyyətə, bəşəriyyətə «xeyirli insanlar»dır. Çapay Sultanov haqqında danışmaq da çətindir. Bu insanın həyatı o qədər böyük və əhəmiyyətli hadisələrlə zəngindir ki, onların hər biri haqda böyük bir kitab yazmaq olar.

38_clip_image004_
Çapay Sultanov və Anatoli Karpov

Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, geologiya və minerologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı, 150-dən çox elmi məqalə və  17 kitabın müəllifi, Azərbaycan SSR-in Əməkdar bədən tərbiyəsi və İdman ustası, dəfələrlə müxtəlif  FİDE komitələrinə üzv seçilən Çapay Sultanov martın 5-də 80 yaşını qeyd edəcək.

Çapay Sultanov uzun müddət – 16 il Azərbaycanın Şahmat Federasiyasına rəhbərlik edib. Həmin müddətdə, onun başçılığı ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 2_clip_image018

Çapay Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənilib. Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə, Çapay Sultanova şahmat üzrə əməkdar məşqçi, “Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi” fəxri adları verilib,xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub.

38_clip_image004_0001

O, Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib. Çapay Sultanov neft-qaz yataqlarının kəşfinə görə üç diploma layiq görülüb. Elmlər Akademiyasında çalışdığı dövrdə 10-dan çox elmlər namizədi hazırlayıb.

38_clip_image002

Çapay Sultanovun son illərdə onlarla kitabı çap olunub. Hazırda onun milyonlarla Oxucusu var.

Bu yaxınlarda fransalı sənədli film rejissorlarının “Hədəf – Bakı. Hitler neft uğrunda müharibəni necə uduzdu?” filmi uğurla nümayiş etdirildi, filmin əsas prodüsseri Arzu Əliyeva, baş məsləhətçisi isə Çapay Sultanov idi. Filmə Avropa, Avstraliya, ABŞ və Çində yüz minlərlə tamaşaçı baxıb. Film əsasən Çapay Sultanovun “Tarix felin lazım formasını sevmir, amma yenə də…” kitabı əsasında çəkilib. Bu kitab italyan, ingilis, türk dillərinə tərcümə edilib, artıq Romada nəşr edilib. Həmçinin onun Londonda, Berlində, Ankarada nəşrinə hazırlıq gedir.

 

Azərbaycanın ziyalı təbəqəsi Çapay Sultanovu çox yaxından tanıyır. Onun xalqımıza töhfə etdiyi, tariximizi əks etdirən kitablarını bu gün Azərbaycanda oxumayan demək olar ki, yoxdur. Müəllifi olduğu hər yeni kitabının nəşri Oxucuları tərəfindən böyük sevinclə qarşılanır.

POLITICESKIE I EKONOMICESKIE ETYUDI

Çapay Sultanovun “Politiçeskie i ekonomiçeskie etyudı po yujnomu Kafkazu” (Cənubi Qafqaz üzrə siyasi və iqtisadi etüdlər) adlı 660 səhifəlik araşdırması çox maraqlıdır. Azərbaycanın dünənindən və bu günündən danışan kitab sənədlərin dili ilə bizə məlum olmayan çox ilginc məlumatlar verir. 1850-ci ildən bu tərəfi əhatə edən xronika dünya siyasətində Azərbaycanın mühüm yerini və onun neftinin dünya siyasətinə və iqtisadiyyatına təsirini bizə sənədlərin dili ilə çatdırır.

Biz bu kitabda Azərbaycan neftinin hesabına qalib gəlmiş Sovetlər Birliyinin Azərbaycanı erməniləşdirmək siyasətinin ifşasını görürük. Əgər Bakı nefti olmasaydı, Böyük Vətən müharibəsində qələbə də olmayacaqdı. Bunu müəllif sənədlərlə sübut edir. Lakin rus imperiyasının siyasi davamçısı olan Sovetlər Birliyi Azərbaycanı erməniləşdirmək siyasətindən əl çəkmir.

ISTORIYA NE IMEET SOSLOQATELNOE NAKLONENIYA

“İstoriya ne lyubit sosloqatelnoqo naklonenie, i vse je…” kitabından təsirlənən Rusiyanın məşhur jurnalisti Aleksandr Qoryanin yazır:

 «İnsanı heyrətləndirən odur ki, müharibə ilə bağlı bayram və ildönümləri keçirilərkən keçmiş sovet hərbçilərindən kiminsə qələbədə Bakı neftinin rolunun olması barədə nəsə dediyini, ümumiyyətlə bu mövzunu qaldırdığını xatırlamıram. Yəqin ki, kimsə bu mövzunu gündəmə gətirib, amma səsini bərkdən çıxarmağa cəsarəti çatmayıb. Başqaları kimi Bakıya «qəhrəman şəhər» adını vermədilər, qəbul olunduğu kimi mükafatlandırmadılar. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır: Azərbaycan nefti olmadan müharibədə qalib gəlmək olmazdı.»

QRANI TALANTA

Geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və 1950-1958-ci illərdə bu qurumun prezidenti olmuş, paleontoloq Musa Əliyev və onun həmkarları ilə bağlı yazdığı “Qrani talanta” kitabı ziyalıların stolüstü ədəbiyyatına çevrilib.

Çapay Sultanov Qarabağ münaqişəsinə də böyük diqqət ayırıb. O, bu münaqişənin ipuclarının Moskvada və Qərbdə olduğunu sübut edir. Müstəqil Azərbaycanın tərəqqisinə və problemlərinə toxunan, onu təhlil edən Çapay Sultanov ayrılıqda Cənubi Qafqaz reqionunun heç bir dövlətinin sülhsüz tərəqqiyə nail ola bilməyəcəyi qənaətinə gəlir. Sülh üçün isə reqionda olan bütün dövlətlərin ərazi bütövlüyü təmin edilməlidir ki, bu dövlətlərin hər bir vətəndaşı dinindən və inancından asılı olmayaraq özünü hər üç respublikada əmin–amanlıqda hiss etsin. Buna  mane olan isə regionda “Böyük Ermənistan” xülyası ilə silaha əl atan Ermənistandır. Hansı ki, arxasında duran bütün güclər Azərbaycanın güclənməsini və regionun aparıcı dövləti olacağını görür və buna mane olmaq üçün Ermənistan öz tarixi-təxribatçı rolunda istifadə edir.

7

Bundan bir qədər əvvəl fəaliyyətində qarşılaşdığı erməni haqsızlığı ilə üz-üzə qalan Çapay Sultanov yazır:

“Qarabağ münaqişəsinin kritik günlərində ən güclü informasiya zərbəsini Azərbaycana məhz Andrey Saxarov və Harri Kasparov vurdu. Harri Kasparovun məşhur “Bakıda yalnız erməni olduğuna görə səni öldürürlər” ifadəsi dünyanın bir çox tanınmış KIV-lərinin manşetinə çevrildi”.

Dəfələrlə dünya çempionu olmuş Harri Kasparovu yetişdirən Azərbaycan Şahmat məktəbinin yaradılması 70-ci illərə təsadüf edir. Heydər Əliyevin təşəbbüsü ilə o zamanlar Azərbaycan Şahmat Federasiyasının rəhbəri olan Çapay Sultanovun aktiv iştirakı ilə qısa müddət ərzində Azərbaycanın müxtəlif regionlarında 43 şahmat məktəbi yaradılır. Müxtəlif uşaq və yeniyetmə yarışlarında Azərbaycanın şahmatçı oğlan və qızları mükafatçılar sırasına qoşulur. Xüsusilə vurğulamaq lazımdır ki, bugünkü qrossmeysterlərin əksəriyyəti 70-ci illərin şahmat məktəbinin şagirdləridir.

21_clip_image004_

Həmin illərdə milliyyətcə erməni Harri Kasparovun da uğurları üzə çıxmağa başlayır. Yenicə ayağa qalxan Kasparov, ermənilərin Azərbaycan torpaqlarına etdiyi təcavüz sonrası Azərbaycanı tərk edir və DTK-nın komandası ilə birlikdə bütün səylərini Azərbaycan Şahmat Federasiyasının rəhbəri olan Çapay Sultanova qarşı yönəldir.

1

Həmin dövrdə Heydər Əliyev ortaya mövqe qoyur:

“Şahmat Federasiyası Azərbaycanda şahmatın inkişafı vəzifəsini uğurla yerinə yetirir”.

Heydər Əliyev Kasparov və Çapay Sultanovu qəbul edərkən, “Şahmat Federasiyasına hər cür kömək etmək lazımdır – onlar doğru yoldadır”, – deyir. Çapay Sultanov həmin sözlərdən sonra Azərbaycanda şahmatın inkişafı baxımından bütün rəsmi qapıları ürəklə döyə bildiklərini söyləyir.

Heydər Əliyevin vaxtında Çapay Sultanova toxuna bilməyən Kasparov məkrli siyasətini Kamran Bağırov hakimiyyətə gəldikdən sonra həyata keçirməyə

müvəffəq olur. Kamran Bağırovun qəbulunda olarkən səyləri boşa çıxmır.

6

Çapay Sultanov özü bu haqda deyir:

“Hazırda bir çoxu “cənab” olan, həmin “yoldaşlar” üçün çoxdandır gözlədikləri gün gəlib çatdı – “Federasiyanın geniş iclası” yığıldı və burada “səs verənlər” məni Şahmat Federasiyasının rəhbəri vəzifəsindən azad etdilər”.

İşdən azad olunmasına baxmayaraq, elə bir zaman olmadı ki, Çapay Sultanov Azərbaycan üçün əlindən gələni etməsin.

O SAXMATAX I NE TOLKO

Çapay Sultanov «O şaxmatax i tolko…», «Skvoz prizmu şaxmat…» kitablarında Oxucularla özünün çoxillik təcrübəsini paylaşıb.

SKVOZ PRIZMU SAXMAT

«Skvoz prizmu şaxmat…» kitabında “Siyasi şahmat”, “Qrossmeyster siyasətçilər”, “Şahmat – siyasətin qurulması elementi kimi”, “Siyasətçilərlə belə şahmat oynamaq olmaz!”, “Şahmat və bir çox şeylər”, “Dünya öz problemlərilə şahmat lövhəsi kimidir”, “Şahmat ideologiyasından istifadə etməklə dünyada gedən proseslərin müzakirə və aspektlərinin proqnozu” və s. başlıqları Oxucuları dünyada gedən siyasi proseslərdən daha sadə və anlayışlı dildə məlumatlandırır.

neft

Onun «Neft» kitabı neft sahəsində çalışan insanların stolüstü kitabına çevrilib. Çapay Sutanov haqqında yazılan məqalələrdə rusiyalı satirik yazıçı Mixail Zadornovun maraqlı sitatı göstərilir: «Mən istənilən geosiyasi situasiyanı neft vasitəsilə izah etməyə çalışıram…» Yəqin ki, bu, həqiqətən də belədir. Hər bir halda bu da faktdır ki, Çapay Sultanov Azərbaycan prezidentlərinin hamısına qeyri-formal da olsa, məsləhətlər verib.

Dənizdə neft və qaz yataqlarında olan təbii ehtiyatların hesablanması və rasional işlənməsinə görə Çapay Sultanov Azərbaycanın Dövlət Mükafatı ilə təltif edilib.

Çapay Sultanov dünyada ilk dəfə olaraq geologiyada riyazi üsullardan istifadə edib. Onun qaynayan enerjisi və istedadı tək elmi işlərlə məhdudlaşmır.

PROTIVOSTOYANIE

SSRİ-ni «Perestroyka» möhürü ilə darmadağın edən, Qanlı 20 Yanvar faciəsində birbaşa əli olan M.Qorbaçovun fəaliyyətinə həsr olunmuş «İblis damğalı…» kitabı Azərbaycan və rus dillərində çap olunub. Kitabda müəllif ürək yanğısı ilə deyir: «Azərbaycan 20 yanvar 1990-cı ildə olanları heç vaxt bağışlaya və ya onlara haqq qazandıra bilməz, bilməməlidir. Buna görə o zaman hakimiyyətdə olanlar cavab verməlidirlər…»

posledniy udar

Çapay Sultanovun iki cilddən ibarət «Нашествие», ingilis və türk dillərinə tərcümə olunmuş – «İmparatorluğun son darbesi», «The Last Blow From The Empire» kitabları Oxucular tərəfindən rəğbətlə qarşılanıb. Kitabda illər sonra 20 yanvar hadisələrinə yenidən baxan, onu təhlil edən müəllif faktlar əsasında M.Qorbaçovun bədxah niyyətlərini, ümumiyyətlə, həmin dövrdə SSRİ-nin siyasi palitrasını açıqlamağa çalışıb. SSRİ niyə dağıldı? Yeni tarixdə qanlı Qarabağ separatizminin başlanması, ermənilərin daxili qüvvələri hesabına Sumqayıt fitnə-fəsadının təşkil olunması – Bakıya vurulan nəhəng informasiya zərbəsi. Qorbaçov tərəfindən düşünülərək hazırlanmış plan əsasında Bakıya vurulacaq zərbədən qaçmaq mümkün idimi? Qorbaçov hansı səbəblərdən Bakıda qanlı qırğınlar törədilməsini istədi və bu əməliyyat üçün nədən Bakını seçdi? Bütün bu suallara cavab tapmaq üçün «İmparatorluğun son darbesi» kitabını oxumaq yetərlidir.

v;stoyali b ssr i evropa

«Выстояли бы СССР и Европа против фашизма в случае потери Бакинской нефти?» kitabı ingilis dilində böyük tirajla nəşr olunub. Burada Böyük Vətən Müharibəsi illərində dünyanın hegemon dövlətlərinə məğlubedilməz görünən faşizmə SSRİ-nin qalib gəlməsinin səbəbləri fakt və dəlillərlə izah olunub.

NEFTQAZOVIE STRATEGII

«Нефтегазовые стратегии и политика в XXI веке» kitabını isə elm aləminin böyük nailiyyəti hesab etmək olar.
1850-2010-cu illəri əhatə edən «Политические и экономические етюды по Южному Кафказу» kitabında xronoloji ardıcıllıqla Qafqaz respublikalarının Sovet İttifaqı illərindən əvvəl, həmin illərdə və ondan sonrakı illərdə iqtisadi inkişafı analiz olunub.

Bu kitablarda Heydər və İlham Əliyevlərin neft-qaz strategiyası əhəmiyyətli dərəcədə diqqətə çatdırılır. Xəzər neft müqavilələrinin imzalanması və Bakı-Ceyhan neft kəmərinin çəkilməsi prosesi bütün həcmi və dramatikliyi ilə göstərilib. Müəllif bütün kitablarında bu müqavilələrin Azərbaycanın regiondakı geosiyasi vəziyyətini köklü surətdə dəyişməsinin çox gözəl izahını verir. Bununla yanaşı, Çapay Sultanov Azərbaycana qarşı neqativ mövqeyi bəlli olan Rusiya Liberal Demokrat Partiyasının sədri Jirinovskiyə də lazımi cavabı ünvanlaya bilir.

38_clip_image006__

Çapay Sultanov bu kitablardan əldə etdiyi vəsait hesabına özünün şəxsi saytını, internet kitabxanasını yaradıb. Fəaliyyətdə olduğu müddətdə 62 ölkədən olan 4 milyondan artıq insan bu saytı ziyarət edib. Onun email-ünvanına gələn rəylər əsasında da qalın kitab dərc etdirmək mümkündür.

images

Çapay Sultanov həm də yazıçılıqla məşğul olur. O, asudə vaxtlarında İçərişəhər haqqında video və digər materiallar toplayır. Özünün təhsil adığı məktəblə bağlı apardığı araşdırmalar da maraq kəsb edir. Toplanan materiallar əsasında o, «Mənim zamanım və özüm barədə» filmini yaradıb. Bu filmə Çapay müəllimin dostları, gözlərində yaş böyük maraq və həyəcanla baxırlar. İsraildə yaşayan köhnə bakılılar da öz uşaqlıqlarının şəhəri olan Bakı haqqında çəkilmiş bu filmdən gözlərini yayındıra bilmirlər. Çapay Sultanov hesab edir ki, bunun özü təbliğat üçün çox gözəl vasitədir:

«Bu, bütün dünyaya, elə özümüzə də özümüzü daha yaxşı dərk etmək üçün ən yaxşı təbliğat, ən yaxşı siyasətdir.»

37_clip_image006_0001

Çapay Sultanov bu gün də ictimaiyyətin ziyalı və elit təbəqəsinin görməli olduğu işləri böyük həvəs və ürəkyanğısı ilə həyata keçirir. O, bu gün də yorulmadan çalışır, yazıb-yaradır, gərgin, ağır zəhmətin bəhrəsi olan kitablarla Oxucuların görüşünə gəlməyə tələsir.

Bu böyük alimi və vətəndaşı 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Xural.com

5 8 2_clip_image014 2_clip_image010 2_clip_image012 2_clip_image020 9 12 29_clip_image002_ 33 2_clip_image018 2_clip_image002 2 2_clip_image016 1_clip_image006 1 23_clip_image002_0017 33_clip_image004_ 36_clip_image002_0030 (1) 34_clip_image006_ 33_clip_image004_0027 37_clip_image002_0001 37_clip_image002_0002 37_clip_image004 38_clip_image004_0002 37_clip_image008 37_clip_image006_0002 37_clip_image006_0001 37_clip_image006 37_clip_image004_0001 38_clip_image004_0000

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button