Hatəmi Tantəkinin son görüntüləri:“Sizlər varsınız…”-VİDEO

Milli Azadlıq Hərəkatının liderlərindən Məhəmməd Hatəmi Tantəkinin son günlərində onu tez-tez ziyarət edirdik. Onu ya “Qaynar Qazan”da, ya da “Azadlıq Salnaməsi”ndə danışdırmaq, dövrün müstəsna adamlarından biri kimi ondan irihəcmli müsahibə götürmək istəyirdik. Ona görə də Nemət Pənahlı ilə mütəmadi yanına gedirdik. Və biz onu ziyarət edəndə çox xəstə olduğunu gördük. Cəmiyyətə səsləniş edənə, cəmiyyəti oyadana Hatəmini itirdik. Ömrünün son günlərini tənha keçirən və ictimai-siyasi gündəmdən kənar saxlanılan Hatəmi ilə son müsahibəsini ala bilmədik. Amma son gedişlərimizin birində Nemət Pənahlının oğlu Orxan Pənahlı onunla qısa bir söhbəti telefonunun yaddaşına köçürə bilib. Bu günlərdə bu telefon çəkilişi əlimizə keçdi və onu Hatəminin son sözləri kimi tarixin yaddaşına yazmaq qərarına gəldik.

Növbəti gəlişdə onu daha yorulmuş gördük. Nemət Pənahlı zarafat elədi, bir az kefini açmaq üçün. Amma Məhəmməd Hatəmi Tantəkin sanki vəsiyyət edərcəsinə: “Sizlər varsınız… Bizlərin işlərini sizlər davam etdirərsiniz… Nə deməkdi ki, oğlu yoxdur, sizlər varsınız, sizlər varsınız, sizlər varsınız…” dedi.

Bu, Milli Azadlıq Hərəkatının böyük öndərlərindən birinin Azərbaycan mübarizə adamlarına dediyi son sözlər oldu: “Sizlər varsınız…”

Allah dünyasını dəyişmiş bütün mübarizə adamlarına rəhmət eləsin! Onların dediyi bizim yol işığımız olsun: Bizlər varıq!

Əvəz Zeynallı

 

Hatəminin son günləri:

    

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button