Hava proqnozu-07 avqust

hava istidə quşAvqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyinin günün ikinci yarısında mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-25°, gündüz 29-34° isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
 
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 16-21° isti, gündüz 25-30° isti olacağı gözlənilir. (Azərtac)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button