Hava proqnozu-6 iyun

hava3İyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti təşkil edəcək. İyunun 6-7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturların bir qədər enməsi müsbət amildir.
 
Naxçıvan Muxtar Respublikasında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir guclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 14-19° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button