Hava yenidən soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, aprelin 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button