Haykanların və yəhudilərin qarışığından yaranan millət – erməni!

Tarixşünaslıqda ermənilərin antropologiyası və mənşəyi haqqında  

Tarixşünaslıqda ermənilərin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, fransız Qafqazşünas alim İ.Şopen yazır: “Aydınlaşdırmaq çətindir ki, erməni alimlər nəyə əsasən bütün hallarda “Haykanların” və “Hayastan”ın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə etmişlər. Axı aydındır ki, Şimaldan gəlmə Yafəs mənşəli Armenlə cənubdan gəlmə Sami mənşəli Haykanların (Hayların) heç bir oxşarlığı yoxdur və ola da bilməz.” Qeyd etmək lazımdır ki, Şopen ermənilərin haykanların və yəhudilərin qarışığından yarandığı fikrini irəli sürmüşdür.

Digər bir məşhur Qafqazşünas alim Vasili Veliçkonun ermənilərin mənşəyi haqqında fikirləri də çox maraqlıdır. O, “Qafqaz” adlı əsərində yazır: “Əvvəlcə “Babil əsarəti” zamanı,  sonra isə Yerusəlimin dağılmasından sonra yəhudilərin bir qismi onlarla (haylarla) qarışdılar və təsadüfü deyil ki, yəhudilərin bir qismi haylaşaraq “zok” adını aldılar”.

Bir sıra tarixçilərə görə isə ermənilər yunan mənşəli firq tayfasından olmuşlar və sonralar bu tayfalar Kiçik Asiyaya və Mesopotomiyaya yayılmış, habelə İkiçayarasındakı “Armena” vilayətində məskunlaşmışlar. Təsadüfi deyil ki, hurilər onları “Armua”, urartular isə “Armini” adlandırmışlar. Bu mülahizə ilə razılaşan İ.Dyakonov bildirirdi ki, “Haylar heç bir zaman özlərinə erməni deməyiblər.”

Ermənilərin yunan mənşəli olmaları və onların Qafqazla heç bir bağlılığın olmaması erməni tarixçilər tərəfindən də etiraf edilir. Məsələn, məşhur erməni yazıçısı N.Adons 1908-ci ildə öz nəşrlərinin birində ermənilərin tarixi haqqında danışarkən bu fikirləri qeyd edib: “VII əsrdə kimmerlərin basqını xalqların yerdəyişməsinə səbəb oldu. Öz hüdudlarından sıxışdırılmış Friqiya tayfaları Kiçik Asiyanın şimal-qərbindən Fərat çayı sahillərinə gəldilər və yerli Aramey əhalisi ilə qarışdılar. Gəlmə friqiyalıların aramey mənşəli aborigenlərlə qarışmasından erməni xalqı formalaşdı.”

Azərbaycanlı tarixçi Zabit Babayev özünün müəllifi olduğu “Ermənilər və haylar. Erməni problemi” adlı əsərdə çox maraqlı fikirlər irəli sürür. O, Armen tayfalarının türk mənşəli tayfalar olduğunu iddia etmiş və Hayların erməliləşmiş tayfalar olduğunu qeyd etmişdir. O, erməni termininin “Ərman” (Manna ərləri) adından götürüldüyünü söyləyirdi. Bu fikrə əlavə olaraq, Bəxtiyar Tuncay ermənilərə albanlara və qarqarlara Maştos tərəfindən əlifba tərtib edilməsinə dair (V əsr) tarixi faktlara əsaslanmaqla onu göstərir ki, qədim erməni dili türkdilli xalqların dillərinə yaxın olmuşdur. Tarixçi alim Kərəm Məmmədli isə erməni dilinin Qrabar və Aşqrabar olmaqla 2 qola ayrıldığını və Qrabar qolunun 67 %-nin pəhləvi sözlərindən ibarət olduğunu söyləyir.

Ermənilərin mənşəyi haqqında onlarla elmi məqalələr, kitablar, müxtəlif nəşrlər çap olunsa da, onların mənşəyi tam şəkildə müəyyən olunmamışdır. Tarixçilər tərəfindən qəbul olunmuş ümumi konsepsiyaya görə isə ermənilər mənşə baxımından qarışıq xalq hesab olunurlar.

Ermənilərin mənşəyi haqqında danışarkən onların antropologiyasına toxunulması da zəruridir. Ermənilərin antropogenetik təhlili göstərir ki, ermənilər Ağ irqin Ön Asiya qoluna aiddirlər. Bu tip Asseroid və ya Pont-Zaqros adlanır. Bu irqin antropoloji xüsusiyyətləri aşağıdakılardır:

Ermənilər qaraşın dəriyə, dalğalı saçlara malikdirlər. Qıvrım saçlılarına da rast gəlmək mümkündür. Gözləri və saçları qara, bəzən də şabalıdı rəngdədir.  Gözlərinin üst qapağında zəif qırış müşahidə olunur. Bığ və saqqalları güclü inkişaf etmişdir. Qaşları qalın, bəzən də bitişikdir. Onları digər xalqlardan fərqləndirən əsas antropoloji əlamət onların dodaq və burun quruluşlarıdır. Burunları qismən iri və əyri burun qanadları genişdir. Həmçinin burunlarının ucları nisbətən aşağıya meyillidir. Burun göstəriciləri əsasən 63-65 mm olur. Üst dodağa nisbətən alt dodaq sallanır. Eyni hal çənələrdə də müşahidə olunur. Çənələri orta çıxıntılıdır. Qulaqları iri və nisbətən bükülmüş formadadır. Alınları maili, göz oyuqları Aralıq dənizi irqindən fərqli olaraq nisbətən yaxın və çökəkdir. Baş quruluşları broxokefal (yastıbaş), bəzi hallarda isə hipo-broxokefaldır. Boyları 164-166 sm arası dəyişir.

Ermənilərin Qafqaz əsilli olmamaları antropoloji cəhətdən də sübut olunub. İ.Cavaxaşvili “Gürcü xalqının tarixi” əsərində yazır: “Qafqazın ən qədim xalqları dolixikofal olmuşlar. Ermənilər isə bu ölçüyə aid deyillər. Bu baxımdan, onların Qafqazın ən qədim xalqı olmaq iddiaları tamamilə yanlışdır.” Professor Virtov isə daha da irəli gedərək yazır:  “Gürcülər və ermənilərin Qafqazın qədim xalqları ilə heç bir  bağlılığı yoxdur.”

Qafqaz antropoloqu İ.Pantuxov hələ XIX əsrin axırlarında  müəyyən etmişdir ki, “Türkiyədən Zaqafqaziyaya gələn ermənilər fiziki quruluşlarına görə “təmiz qanlı” kürdlərdir”. V.Veliçko isə antropoloji cəhətdən ermənilərin xüsusiyyətlərini göstərərkən qeyd edir ki, “ermənilərin damarlarında hər cür qan axır”.

Ermənilərin “qarışıq xalq” olmaları antropoloji cəhətdən artıq sübut olunub. Belə ki, yeni doğulmuş erməni körpələrində başın əmgək hissəsi nisbətən irəliyə doğru çıxıntılı olur. Bu hal erməni antropoloqlarının dediyi kimi beşik və ya digər təsir nəticəsində deyil, məhz qarışıq nikahlar nəticəsində meydana gəlir. Türk antropoloqlarının “Turan çıxıntısı” adlandırdığı bu çıxıntı hazırkı dünya xalqları içərisində demək olar ki, ən çox ermənilərdə müşahidə  olunur.

Azərbaycanlı genetik-mütəxəssis Elxan Rəsulovun fikrincə Azərbaycanlıların genlərinin 50% i Qafqaz Albanları, 20% ərəblər, 20% türk və monqollar, 10%-ni isə Mərkəzi Asiya xalqları təşkil edir. Ermənilərdə isə 20-yə yaxın etnosun (rus, ərəb, fars, Şimali Qafqaz xalqları, gürcü, yunan və s.) təsiri özünü göstərir. Onun fikrincə, ermənilər 17 irqi tipin xüsusiyyətlərini özündə saxlayır.

Ermənilərin Qafqazda yerli xalq olmaları yuxarıda göstərildiyi kimi istər antropoloji baxımdan, istərsə də mənşə baxımından sübut olunub. XVIII əsrə qədər ermənilərin Şimali Azərbaycanda sayları çox məhdud səviyyədə olmuşdur. Bu fakt özü də ermənilərin Qafqazda yaranmamaları və bu əraziyə sonradan gəlmələrni sübut edir. Nəticə etibarilə ermənilər istər antropoloji, istər etnoqrafiq, istərsə də mənşə baxımından müxtəlif etnosların “qarışması” prosesindən yaranmış etnos hesab olunur.

İstifadə olunmuş ədəbiyyat:

  • Tofiq Köçərli-Erməni saxtakarlığı

  • Zabit Babayev-Ermənilər və haylar.

  • Fazil Qaraoğlu-Ermənilər və həqiqətlər.Erməni problemi

  • Atamoğlan Məmmədli –Ermənilərin gerçək tarixi

  • Kərəm Məmmədli-İlk erməni Azərbaycana 1445 ci ildə gəlib. (Xural qəzeti-30 may 2010)

  • Zamin Qafar Adnalı-Ermənilərin antropologiyası və Qafqazın ən qədim xalqı ülyası

  • Васили Велицко-Кафказ

  • Bəxtyar Tuncay- “Alban və Xəzər dili eyni olmuşdur. Türküstan qəzeti (11 aprel 2010)

Sumqayıt Dövlət Universetinin Tarix və coğrafiya fakültəsinin (ixtisasca tarixçi olmaqla) II kurs tələbəsi

Fəqan Səfərəliyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button