“Heç bir qurumun qarşısında öhdəliyim yoxdur”

Ərəstun Oruclu22.06.2013

Ərəstun Oruclu: “Heç bir qurumun qarşısında öhdəliyim yoxdur”

“Milli Şuraya dəvət olunmamışam”

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu qarşıdan gələn prezident seçkilərində namizəd olacağını bəyan edib. Xatırladaq ki, Ə. Oruclu bu günə qədər verdiyi bəyanatlarında Azərbaycan müxalifətinin vahid birliyi olacağı halda orada təmsil olunacağını bildirmişdi. Bəs görəsən Ə. Oruclu son zamanlar Azərbaycan müxalifətinin ən böyük birlik forması olan Milli Şurada niyə təmsil olunmadı?

Moderator.az-ın sualını cavablandıran Ə. Oruclunun sözlərinə görə, onu Milli Şuraya dəvət etməyiblər: “ Mən əgər Milli Şurada təmsil olunmamışamsa bu o demək deyil ki, mənim orada təmsil olunmaq niyyətim olmayıb. Hal-hazırda həmin qurumda müzakirələr gedir, lakin vahid namizəd hələ də müəyyən olunmayıb . Mənim üçün vahid namizədin kim olması da çox önəmlidir. Elə adamlar var ki, mən onlarla heç bir halda anlaşa bilmərəm”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button