Hesablama Palatası dövlət vəsaitinin istifadəsi ilə bağlı nöqsanları açıqladı

hesablama-palatas

Azərbaycan Hesablama Palatası 2015-ci ildə dövlət büdcəsinin xərclərini əhatə edən nəzarət tədbirləri audit olunan qurumlarda müəyyən edilmiş nöqsanları açıqlayıb.

Trend-in məlumatına görə, Hesablama Palatasının 2015-ci ildə fəaliyyətinə dair hesabatında bildirilir ki, müəyyən edilmiş nöqsanları iki qrupa ayırmaq olar.

Birinci qrup nöqsanlara demək olar ki, bütün qurumlarda rast gəlinən nöqsanları aid etmək olar. İkinci qrup nöqsanlar isə müxtəlif nöqsanları əhatə edir.

Nəzarət tədbirləri üzrə məlumatların təhlili birinci qrup nöqsanlara əmək haqqının düzgün hesablanılmamasını, həmçinin əsas fondların təmiri, tikintisi və bərpası, satınalmaların həyata keçirilməsi, mühasibat uçotunun təşkili və aparılması, eləcə də maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanları aid etmək olar.

Məlumatların təhlili audit olunmuş qurumlar tərəfindən vəsaitin təyinatının dəyişdirilməsi və səmərəli istifadəsinin təmin olunmaması hallarının da mövcud olduğunu göstərir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button