Hey gidi, hey!

Babalıq

Hey gidi, hey! ANS-i çökdürdülər,
Mülkü yıxıb, toyxana tikdirdilər.

Vaxt var idi, bir ANS var idi,
Zalımə xof, məzluma qahmar idi,
Millətə xidmətləri aşkar idi,
Qoymadılar, zorla pərikdirdilər
Hey gidi, hey! ANS-i çökdürdülər!

Getdi bada əjdahatək “Zorxana”,
İndi nağıl söylədilir Orxana,
Mir Şahini bükdü zaman yorğana,
“Sus” dedilər, imza da çəkdirdilər
Hey gidi, hey! ANS-i çökdürdülər!

Onda ki, şaqqıldar idi şallağı,
Ding edə bilməzdi məmur oğlağı,
Eh, nə deyim… “Qulp” da olub lağlağı,
Xamda xozan, şumda çim əkdirdilər
Hey gidi, hey! ANS-i çökdürdülər!

Yüz “günə bax, an” keçəcək boş, hədər,
Kim nə dedi, düşdü Turan dərbədər?
Fəhm edirəm, hardan aşıbdır xətər,
Haqq deyənin boynunu bükdürdülər
Hey gidi, hey! ANS-i çökdürdülər!

Çox dəyişib “İç xəbər”in içliyi,
Vurmur üzə bir para gerçəkliyi,
Çəkdi sura bəy, ağa milçəkliyi,
Ülvi nə var, hər şeyi sökdürdülər
Hey gidi, hey! ANS-i çökdürdülər!

Avropalıq beynimiz insult çıxıb,
Yüz təriqət, yüz cadu-ovsun çıxıb,
Üstünə gəl, bir də “Toy olsun” çıxıb,
İrzi, arı kandara tökdürdülər
Hey gidi, hey! ANS-i çökdürdülər!

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button