Heydər Əsədov-İlham Quliyev cütlüyü fermerləri talan edir, ölkə rəhbərliyini aldadır

heydər əsədov

Kənd Təssərüfatı Naziri Heydər Əsədov və onun sevimli müavini İlham Quliyev çıxışlarında dəfələrlə bəyan ediblər ki, gübrələrdə heç bir qiymət artımı olmayacaq.

http://www.aztv.az/readnews.php?lang=az&id=18295

http://azertag.az/xeber/Nazir_muavini_Gubre_satisinda_hech_bir_qiymet_artimi

_yoxdur-836453

Aşağıdakı cədvəldə bu ili əvvəlinə “Aqrolizinq” ASC-nin satdığı gübrələrin qiymət cədvəli göstərilmişdir.

“Aqrolizinq” ASC-nin anbarlarında olan mineral gübrələrin qiyməti və satış normaları barədə                      

MƏLUMAT

S/s Gübrənin adı 1 tonun satış qiyməti             (man) Faiz dərəcəsi 1 hektara düşən norma (kq) 50 kq-lıq kisənin qiyməti
70% 30%
1 Azot 433 303,1 129,9 263,94 6,50
2 Ammonium sulfat 413 289,1 123,9 276,72 6,20
3 Superfosfat 440 308 132 259,74 6,60
4 Superfosfat 520 364 156 219,78 7,80
5 Nitroammofoska 613,6 429,52 184,08 186,25 9,20
6 Ammofos 708 495,6 212,4 161,42 10,62
7 Kalium 649 454,3 194,7 176,10 9,74

http://agro.gov.az/130-aqrolizinq-asc-nin-anbarlarnda-olan-

mineral-gbrlrin-qiymti-v-sat-normalar-bard-mlumat.html

Bu isə Aqrolizinq ASC-nin hal hazırda olan qiymətləri

Fermerlərin nəzərinə: Mineral gübrələrin güzəştli şərtlərlə satış qiymətləri barədə məlumat 

Ammonium nitrat-1 tonun satış qiyməti-500AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-150 AZN və yaxud bir kisənin qiyməti-7.50AZN Ammonium sulfat-1 tonun satış qiyməti-433AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-129.9 AZN və yaxud bir kisənin qiyməti-6.50AZN Superfosfat-1 tonun satış qiyməti-520AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-156AZN və yaxud bir kisənin qiyməti-7.8AZN

Nitroammofoska-1 tonun satış qiyməti-800 AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-240 AZN və yaxud bir kisənin qiyməti-12AZN Ammofos-1 tonun satış qiyməti-933AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-279.9AZN və yaxud bir kisənin qiyməti-14AZN Kalium-1 tonun satış qiyməti-649 AZN, 70% güzəşt tətbiq olunmaqla 1 tonun qiyməti-194.7AZN və yaxud bir kisənin qiyməti-9.74AZN Bununla bağlı fermer və sahibkarlar Aqrolizinq ASC-nin regional nümayəndəliklərinə müraciət edə bilərlər. Əlaqə tel :012 425 18 39 Çağrı Mərkəzi 1652

http://agrolizing.gov.az/az/menu/152

Cədvəllərdən göründüyü kimi, qiymətlərdə ortalama 15-20 % artım var. Bəs görəsən niyə Heydər Əsədov və İlham Quliyev cəmiyyəti aldadırlar ki, qiymətlərdə heç bir artım olmayacaq? Onları bunu etməyə nə vadar edib?

Və görəsən qiymət artımı ümumiyyətlə əsaslıdırmı?

Biz bütün növ mineral gübrələri Rusiyadan alırıq və Rus Rublu ilə hesablaşırıq. Bildiyimiz kimi Rus Rublu 2014-cü ilin əvvəlindən bu günə kimi dəyərini 2 dəfə itirib, bu isə o deməkdir ki, alınan məhsulun qiymət 2 dəfə ucuzlaşmalıdır. Nəzərə alsaq ki, Azərbaycan manatı da bu ilin əvvəli dəyərini 34% itirdi, o zaman ən azından qiymətlərdə 15% ucuzlaşma olmalı idi. Bizdə isə əksinə, qiymətlərdə artım var.

Azad Xan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button