Heydər Əsədov inhisarçılığı dəstəkləyir

xural.com-un obyektiv olduğunu nəzərə alaraq, apardığım araşdırmanın birinci hissəsini sizə ünvanlayıram. Ümid edirəm ki, bu hissənin dərcindən sonra, uğurlu əməkdaşlıq edəcəyik…

kəmaləddin-heydər

Lisenziyaların ASAN xidmətə mərkəzləri vasitəsilə verilməsi, Heydər Əsədov və Kəmaləddin Heydərovu pərişan edib. Bildiyiniz kimi lisenziyaların verilməsi hörmətli nazirimizin əsas gəlir mənbələrindən biri idi.  O nazir təyin edildikdən sonra onun birinci işi kənd təsərrüfatı tərəfindən lisenziyalaşan fəaliyyət növlərini artırmaq oldu.

http://e-qanun.az/framework/28045

Cənab Əsədov bu fərmanın təşəbbüsünü irəli sürəndə, ölkə rəhbərliyinin qarşısında əsaslandırdı ki, keyfiyyətsiz məhsulun idxalının qarşısını almaq üçün bu vacibdir.  Çox maraqlıdır ki, dünyanın heç bir inkişaf etmiş ölkəsində aqrokimyəvi maddələrin idxalı və satışı üçün lisenziya tələb olunmur və idxal zamanı məhsulların keyfiyyətinə müvafiq fitosanitar struktur nəzarət edir.  Azərbaycandada bu mexanizm işlək idi və fitosanitar xidmət məhsulların idxalına nəzarət edirdi. Fitosanitar xidmətin nəzarətindən yalnız gömrük qaçaqmalçılığı ilə idxal olunan mallar yayınırdı, bunun isə başında elə Kəmaləddin Heydərovun özü dururdu.

Bu fərman çıxandan, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin 30-dan artıq idxalçısı fəaliyyətlərini dayandırdılar. Səbəb isə idxal və satış üçün lisenziyanın vermək üçün Heydər Əsədovun 500,000 AZN haqq qoyması oldu. Və əslində bu məbləği istəməkdə məqsəd məbləğı almaq deyildi, çünki hörmətli nazirimiz gözəl bilirdi ki, aqrokimyəvi maddələrin idxal və satışında rəqabətcil mühit olduğundan rentabellik və dövriyyə o qədər yüksək deyil ki, bu şirkətlər tələb edilən məbləği vermək iqtidarında olsunlar. Lisenziyalaşmanın başlıca səbəbi, bu məhsulların idxalını mərkəzləşdirərək, dövlətin baş inhisarçısı cənab K.Heydərovun nəzarətinə vermək idi. Bildiyiniz kimi, Əsədov vəzifəyə təyin olunana qədər, Aqrokimyəvi maddələrəndən başqa bütün kənd təsərrüfatı məhsullarının inhisarı artıq cənab Heydərovun nəzarətində idi.  Aqrokimyəvi maddələrin Heydərovun inhisarına verilməsi isə cənab Əsədovun onun vəzifərə gətirilməsində göstərdiyi səylərin qarşılığı oldu.

Onu da qeyd edim ki, etibarlı mənbənin verdiyi məlumata görə, Aqrokimyəvi maddələrin lisenziya vasitəsilə rəsmi inhisara salınmasının əsas təşəbbüskarı isə Kənd Təsərrüfatı nazinin müavini eyni zamanda Respublika Subsidiya Komissiyasının sədri cənab İlham Quliyev olub. Nazirlikdəki etibarlı mənbə onuda bildirdi ki,  İlham Quliyev köhnə komandadan qalan yeganə müavindir və qalmasının səbəbi də ölkənin baş inhisarçısı ilə isti münasibətlərin olmasıdır. Yəni, İlham Quliyev ölkə üçün deyil, baş inhisarçı uçun sədaqətlə çalışır və bunuda ölkə ictimaiyyətindən gizlətmir.

http://az.apa.az/news/394920

12

http://video.azertag.az/video/22846

11

Cənab İlham Quliyev Qəbələ rayonunda “Tarla günləri”nin açılışında iştirak və çıxış edib. Bildiyiniz kimi, Qəbələ rayonu ölkənin ən az tarla sahəsi olan rayonlarından biridir, əgər “Tarla günləri” keçiririksə, niyə məhz Qəbələdə? Maraqlısı isə “Tarla Günləri”nin Təşkilat Komitəsinin Sədrinin (yeni vəzifəsi Gilan Holdinqin kənd təsərrüfat sektorunun müdiri) əfsanəvi Əbülfəz Məlikovun olmasıdır. Bu, o Əbülfəzdir ki, öz qoçu dəstələri ilə uzun illərdir Kəmaləddin Heydərovun inhisarçı sahələrinə nəzarət edir.

Azad Xan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button