Hicab məhbusunun həyatı təhlükədədir!

Hicab məhbusunun həyatı təhlükədədir

Masallı rayonunda 5 il müddətinə azadlıqdan məhrum edilən Sirac Ağayevin həyatı təhlükədədir. Musavat.com xəbər verir ki, yaxınlarının Cenubnews.com-a verdiyi məlumata görə, hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (“Tubzon”) saxlanılan hicab məhbusu oraya aparıldığı gündən mütəmadi olaraq döyülür.

Yaxınlarının dediyinə görə, Sirac Ağayev döyülmə nəticəsində ciddi xəsarətlər alıb. Onun qabırğaları əzilib və ayağının biri gipsdədir.
Qeyd edək ki, Sirac Ağayev “Tubzon”a aparıldıqdan sonra 33 gün qolları bağlı vəziyyətdə “karser”ə salınıb.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button