Hikmət Hacızadə Müsavatdan istefa verdi – ərizənin mətni

Hikmət Hacızadə Müsavatdan istefa verdi - ərizənin mətni

“Bu andan Qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm”

Müsavat Partiyasının tanınmış simalarından olan Hikmət Hacızadı bu təşkilatdan istefa verib. Musavat.com bu xəbəri Hikmət Hacızadənin Facebookdakı statusuna əsasən yayır.
İstefa ərizəsinin mətni qısadır və bu cürdür:
“Müsavat Partiyasının

Təşkilat Şöbəsinə
Hikmət Hacızadədən

İSTEFA ƏRİZƏSİ

Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram. Bu andan Qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm.

Sayğılarla

Hikmət Hacızadə

Bakı 17.11.2014″

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button