Hökumətin iqtisadiyyatda real sektorları dirçəltmək planları… – İqtisadçı situasiyanı adekvat saymır

Rövşən AĞAYEV, İqtisadçı

Dünya Bankının “Qlobal İqtisadi prospektlər” adlı hesabatında açıqlanan proqnozlar görə, keçmiş SSRİ məkanında 2 ölkədə – Belorus və Rusiya iqtisadi geriləmə gözlənilir (0.5-0.7%).

Yerdə qalan ölklərə arasında ən zəif iqtisadi artım Moldova və Azərbaycan üçün proqnoz edilir. Moldova üçün 0.5%, Azərbaycan üçün 0.8%.

Dünya bankı 2016-cı il üçün Türkmənistanda 8.9%, Özbəkistanda 7.5% Tacikstanda 4,8%, Qırğızıstanda 4.2%, Gürcüstanda 3%, Ermənistanda 2.2%, Qazaxıstanda 1.1%, Ukraynada 1% iqtisadi artım gözləyir. 

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən istiqsadçı ekspert Rövşən Ağayev bildirib ki, 2017-ci il üçün də Azərbaycanın digər region ölkələri ilə müqayisədə ən zəif iqtisadi artımın gözlənilməsi pis haldır:

“Bankın ekspertləri 2016-cı ildə neftin orta illik qiymətinin ötən ilə nisbətən 8.5% azalacağını qiymətləndirir.

Məlumat üçün deyim ki, 2015-ci ildə Brent markalı neftin orta illik qiyməti 49 dollar olmuşdu. Ekspertlər 2017-2018-ci illərdə isə neftin qiymətində sıçrayışlı artım gözləmirlər – hər il təxminən 7%. Reallıq isə budur ki, hökumətin real sektorun dirçəldilməsi ilə bağlı planları və yanaşması iqtisadiyyatı gözləyən stiuasiya üçün qətiyyən adekvat deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button