Hökumət büdcəni şişirtməyin başqa alternativini tapa bilmədi

İqtisadçı-ekspert Qubad İbadoğlu

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, 2018-ci il üçün Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin məbləği 2003-cü ildən başlayan 15 illik transfertlər tarixində yalnız 2013-14-cü illərin göstəricilərindən azdır. Filkrimcə, gələn ildən büdcədə neft gəlirlərinin artımının 2 başlıca məqsədi vardır. 1. Büdcəni şişirtməklə gerçək olmayan, qeyri-neft bölməsindən qaynaqlanmayan iqtisadi inkişaf görüntüsü yaratmaq; 2. Büdcənin korrupsiya potensiallı investisiya xərclərini çoxaltmaqla iqtisadi artımı neft pulları ilə qidalandımaq.

Hər iki məqsədin siyasi tərəfləri olsa da, iqtisadi əsaslara malikdir. Çünki, iqtisadiyyatda kapital qoyuluşu artmayanda və onun bazasında əlavə dəyər formalaşmayanda iqtisadi böhrandan çıxmaq olmur. Bu funksiyanı yerinə yetirən bankların kredit qoyuluşları və xaricdən sərmayə gəlişi kəskin azalıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər 2016-cı ilin eyni dövrünə nibsətən 3 faiz, 2015-ci illə müqayisədə 30 faizdən çox aşağı düşüb. Eyni zamanda da daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait, eləcə də kredit qoyuluşları və büdcə investisiyaları azalıb.

Belə ki, noyabrın 1-ə kredit qoyuluşları ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz aşağı düşüb. Belə olan halda da büdcəni neft gəlriləri, cərimələr, rüsumlar, aksizlər hesabına şişirdib, ordan dövlət investisiyalarını çoxaltmaqla vəziyyətdən çıxışa üstünlük verən hökümət yenə də əvvəlki siyasətə qayıdaraq əsasən neft pulları hesabına maliyyələşən və pis idarə edilən dövlət investisiyalarını artırmaqdan başqa alternativ tapa bilməyib. Bu ssenari isə yalnız qısa müddətli dövrdə effekt verəcək, çox keçmədən iqtisadi artım yenidən böhranla əvəz olunacaq və milli iqtisadiyyat yenidən indiki pis duruma qayıdacaq.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button