Human Rights Watch: ”Azərbaycanda həbslər kəskin artıb”

HRW hökuməti bu problemləri aradan qaldırmaq istiqamətində təcili ölçü götürməyə çağırır

Azərbaycanhökumətini tənqid edənlərə qarşı amansız repressiyalarvar. Həbslər davam edir”.“Human Rights Watch” təşkilatının oktyabrın 20-də  açıqladığı hesabatında belə deyilir (https://www.hrw.org/node/295220/). Bildirilir ki, Azərbaycanhökuməti öz tənqidçilərinə və müstəqil təşkilatlara qarşı amansız repressiya dalğasına yenidən start verib:

“Azərbaycan hökuməti ölkədəki iqtisadı böhranın qarşısını almaq üçün ciddi şəkildə maliyyə və digər əmakdaşlığa can atdığı vaxtda Azərbaycanda insan hüquqları sahəsində hökuməti islahatlara israr etmək üçünAvropa Birliyi və beynəlxalq maliyyə institutlarınınəlində nadir bir imkanı vardır”.

“Azərbaycanın səhv yoldan dönüş etməsi kimi böyük ümidlər yaratmışdı”

“Human Rights Watch” təşkilatının75 səhifədən ibarət olan, “Azərbaycanda təzyiqlər, həbslər və sürgünlər: Hökumət tənqidçilərinə, vəkillərə və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar”adlı hesabatındaölkədəki vətəndaş cəmiyyətini sıradan çıxarmaqməqsədilə hökumətin etdiyi cəhdlərdən bəhs olunur.

Hesabatda bildirilir ki, 2016-cı ildə Azərbaycan hökuməti siyasi fəallara, tənqidçi jurnalistlərə və digərlərinə qarşı qondarma və siyasi motivli ittihamlar irəli sürərək həbs edib.

“Hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı hüquqi və siyasi çərçivə müstəqil təşkilatların işini iflicvəziyyətinə salıb.Hökuməti tənqid edənlərin müdafiəsini təskil edən vəkillərə qarşı cəza tədbirləri görülüb və onlar Vəkillər Kollegiyası üzvlüyündən xaric edilib.Hökumət haqsız yerə həbs olunan bir neçə hüquq müdafiəçisini və digərlərini 2016-cı ilin əvvəlində azadlığa buraxsa da, hələ də çoxlu sayda fəal ya həbsdə saxlanılır, ya da ölkəni tərk etməyə məcbur olub” – hesabatda qeyd olunur.

“Ədalətsiz həbs olunmuş fəalların bir neçəsinin bu ilin əvvəlində azadlığa buraxılması Azərbaycanın səhv yoldan dönüş etməsi kimi böyük ümidlər yaratmışdı.Amma bu optimizm artıq sürətli şəkildə tükənir, çünki hökumət özünün tənqidçilərini amansızca təqib edir və müstəqil qrupları qapatmağa cəhdlər edir,” deyə hesabatın müəllifi və təşkilatın Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia bildirib.

Bu hesabatın tədqiqatı dövründə “Human Rights Watch”90-dan çox hüquq müdafiəçisi, müstəqil təşkilatların rəhbərləri, jurnalistlər və siyasi partiya fəallarından müsahibələr alıb.

“Azərbaycan hökuməti EİTİ-nin tələblərini yerinə yetirmək üçün addım atmayıb”

Sənəddə qeyd olunur ki, 2015-ci ildə neftin qiymətinin qlobal səviyyədə ciddi şəkildə düşməsi, Azərbaycanın neft ixracından asılı olan iqtisadiyyatında ciddi itkilərə səbəb oldu. Xəzər dənizindən Avropaya qaz ixracı məqsədi ilə hökumət Xəzər Dənizi Şah Dəniz Qaz Yatağı və Cənub Qaz Dəhlizi də daxil olmaqla mədən sənayesinə Dünya Bankı və digər bu kimi digər qurumlardan əlavə beynəlxalq maliyyə yatırımlar əldə etməyə can atır.

Avropa Birliyi və Azərbaycan hazırki siyasi və iqtisadi əlaqələri genişləndirmək məqsədilə, yenigeniş əməkdaşlıq üçün danışıqlara başlamaq üzrədir. 

2015-ci ilin aprel ayında təbii resursların inkişafında hökumətlərin şəffaflığını təşviq edən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (EİTİ) təşkilatı Azərbaycanın qrupdakı statusunu aşağı salıb və buna səbəb, müstəqil qruplara qarşı qarşı edilən təzyiqlər olub. 25 və 26 oktyabr tarixlərdə EİTİ idarə heyəti Qazaxıstanın Astana şəhərində görüş keçirəcək və bu görüşdə, Azərbaycanın tam üzvlüyünün bərpa olunub-olunmaması məsələsi barədə qərar veriləcəyi də gözlənilir. “Human Rights Watch” təşkilatı bildirib ki, Azərbaycan hökuməti EİTİ-nin vətəndaş cəmiyyəti barədəki tələblərini yerinə yetirmək üçün hər hansı önəmli addım atmayıb:

“Hökumət, 2016-cı il ərzində ən azı 20 nəfər siyasi və gənc fəalı, narkotik maddələrin saxlanması və qanunsuz sahibkarlıq fəaliyyəti də daxil olmaqla, bir sıra saxta ittihamlarla məsuliyyətə cəlb edib. Hökumət həmçinin Amerika Birləşmiş Ştatlarında yaşayan və Türkiyə hökumətinin iyul ayında baş verən hərbi çevrilişə cəhddə günahlandırdığı ilahiyyatçı Fətullah Gülənlə guya əlaqəsi olmaqda ittiham edərək bir neçə fəalı da həbs edib.Hökumət saxlanılan şəxslərin bəzilərinizorla etiraf etdirmək və ya cəzalandırmaq məqsədilə onlara qarşı döymə, zorlama ilə hədələmə, yaxınlarına qarşı zorakılıq tətbiq etməklə hədələmə və karserə salınma kimi qeyri-insani rəftara yol verib”.

Etirazçıların həbsi artıb

“Human Rights Watch” təşkilatı qeyd edib ki, Azərbaycanda fəallar və digər vətəndaşlar 2016-cı ilin əvvəllərində baş verən iqtisadi böhran, manatındavalvasiyası, inflyasiyavə həmçinin sentyabrda keçirilən referenduma etiraz etdiklərinə görə belə həbslərin sayı kəskin şəkildə artıb:

“Azərbaycan hökuməti həmçinin müntəzəm olaraq siyasi fəalları, eləcə də dinc nümayişçiləri, şübhəli inzibati cəzalarla, məsələn, “ictimai yerdə söyüş söymə”, “xuliqanlıq” kimi hərəkətlərdə təqsirli bilərək məsuliyyətə cəlb edib. Hökumət bir çox halda “Facebook” və digər sosial media vasitələrindən istifadə edərək, hökuməti tənqid edən və ya dinc nümayişləri müdafiə edən fəalları  hədəfə alıb.

Həmin saxlanılanlar arasında Qiyas İbrahimov və Bayram Məmmədov adlı iki gənc fəal bu ilin may ayında hazırki prezident İlham Əliyevin atası Heydər Əliyevin heykəlinin postamentinə yazı yazdıqlarına görə həbs olunmuşdular. Polis onlara əmr etmişdi ki, azad olmaq istəyirlərsə, kamera qarşısında üzr istəməlidirlər.Onlar imtina etdikdə isə polis onları döymüş və zorlamaqla hədələmişdi.Sonda gənclər məcbur olaraq narkotik vasitə daçıyıcısı olma cinayətini etiraf etməyə məcbur olmuşdular və hazırda onları 12 ilədək həbs cəzası gözləyir.

 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində hökumət saxta ittihamlarla həbs edilən fəalların bir neçəsini azad etdi. Onların arasında hüquq müdafiəçiləri Leyla və Arif Yunus, insan huquqları müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli və tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da var idi. Hökumət onlara qarşı ittihamları hələ də saxlamaqdadır və bu şəxslərin bəzilərinin ölkədən çıxışı məhdudlaşdırılıb.Bəziləri öz fəaliyyətlərini dayandırıblar, çünki hökumət yerli təşkilatlara qarşı məhdudiyyətlər tətbiq edib.Bu fəallardan bəziləri isə ölkəni tərk ediblər”.

“Hökumət vəkilləri də hədəfə alıb”

2015-ci ildə iqtisadi cinayətlərlə bağlı olan saxta ittihamlarla həbs edilərək və bu ilin mart ayında azad edilən, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli vəziyyəti belə şərh edir: “Bəli, biz azad edildik, lakin nə edə bilirik ki?! Bizim üçün hazırda bir tək məkan sosial mediadır… və ya ölkəni tərk etmək.”

Bir çoxu hələ də dəmir barmaqlıqlar arxasındadır.Onlardan biri də İlqar Məmmədovdur.Onun haqqında 2014-cü ildə qəbul edilən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında bildirilir ki, o, hökuməti tənqid etdiyinə görə həbs olunub.Avropa Şurası Nazirlər Kabineti dəfərlərlə İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib.

“Human Rights Watch” həmçinin bir çox tənqidi mövqeyi olan və ölkəni tərk edərək xaricdə hələ də aktiv fəaliyyətlərinə davam edən bir sıra jurnalistlərin və fəalların yaxınlarına qarşı Azərbaycan hökuməti tərəfindən təqiblərin tətbiq olunmasına dair halları da sənədləşdirib:“Son illərdə, hökuməti tənqid edən şəxsləri müdafiə edən bir sıra vəkilləri də hökumət hədəfə alıb. Vəkillərə qarşı cinayət ittihamı, ölkədən çıxışın məhdudlaşdırılması və bəzi hallarda Vəkillər Kollegiyasına üzvlükdən məhrum edilməsi kimi təqiblər tətbiq edilib.


Hökumət həmçinin müstəqil qrupların fəaliyyətini demək olar ki, mümkünsüz edib. 2014-cü ildən qəbul edilən qanunlar və normativ hüquqi aktlar həm donordan, həm də qrant alan tərəfdən ayrı-ayrılıqda hər potensial qrant üçün hökumətin razılığını almağı tələb edir. Hökumət orqanlarının qranti təsdiq edib etməmək qərarında çox geniş imtiyazları var. İndi xarici donor təşkilat həm də Azərbaycanda öz ofisini qeydiyyatdan keçirməli və qrant vermək üçün hökumətin razılığını almalıdır”.

“Human Rights Watch” təşkilatının müsahibə aldığı bir sıra fəallar bildiriblər ki, hökumətin bu siyasəti ucbatından onlar öz təşkilatlarını bağlayırlar və ya işçi heyətini və ya proqramları ciddi şəkildə azaltmaq məcburiyyətində qalıblar:

 

“Azərbaycan hökumətinin beynəlxalq hüquq qarşısında ifadə azadlığını, toplaşmaq və birləşmək azadlığını müdafiə etmək vəzifəsi var. Bura, qarşılıqlı maraqlar sahəsində kollektiv fəaliyyət göstərə bilmək üçün ictimai birliklər yaratmaq imkanının olması da daxildir.Hökumət dərhal müstəqil qrupların, heç bir müdaxilə ilə üzləşmədən, öz legitim fəaliyyətini həyata keçirə bilməsini təmin etməlidir.Həmçinin, həmin təşkilatlara qarşı beynəlxalq maliyyələşmədə hökumətin tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmalıdır.Hökumət həmçinin siyasi motivli ittihamlarla həbs olunan şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir”.

 

“İnvestorlar öz yatırımına əmin olmalıdır”

“Human Rights Watch” təşkilatı bildirir ki, dinc vasitələrlə öz hüquqlarından istifadə edərək hökuməti tənqid edən şəxslərə qarşı ədalətsiz ittiham və həbs tətbiq edilməsində məsuliyyətli bilinən yüksək rütbəli hökumət rəsmilərinə qarşı Avropa Birliyi və Amerika Birləşmiş Ştatları tərəfindən viza qadağasını nəzərdə tutan sanksiya tətbiq edilməlidir.

Sənəddə vurğulanır ki, yalnız hökumət müstəqil təşkilatların və fəalların sərbəst fəaliyyət göstərməsinə və onların ölkənin iqtisadi-sosial inkişafına töhvə verən əhəmiyyətli rollarını yerinə yetirməsinə imkan və zəmanət verdiyi halda, beynəlxaq maliyyə institutları mədən sənayesi layihələrinə yatırım etməlidirlər.

 

Gogia bildirib: “Hər bir ciddi investor öz yatırımından əmin olmaq istəyir. Lakin Azərbaycan hökuməti demək olar ki, hökumətin öhdəliklərinə və cavabdehliyinə nəzarət etmək funksiyasına sahib olan müstəqil qruplar və fəallar üçün bütün imkanları yox edib. Azərbaycan xaricdən yatırım və dəstək axtarır və belə bir şəraitbeynəlxalq partnyorlar üçün əla fürsətdir ki, onlar yatırım və partnyorluq imkanlarını, insan hüquqlarının yaxşılaşdırılması şərti ilə əlaqələndirsinlər”.

“Human Rights Watch”-un Azərbaycanla bağlı hesabatlar ilə tanış olmaq üçün:
https://www.hrw.org/europe/central-asia/azerbaijan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button