Hüseyn Abdullayev atasından yazdı: “Atamın ruhu daim məni izləyir”

Hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev mərhum atası Abbas Abdullayevdən yazıb. Xural.com Hüseyn Abdullayevin statusunu olduğu kimi təqdim edir:

“KAŞ ONUN ƏLİNƏ DƏYSƏYDİ ƏLİN!

Bu sözləri Atam ölümündən bir neçə gün öncə Anama söyləmişdi. Yənı bir insan nə qədər böyük ürəkli, nə qədər ifadə edilməz dərəcədə müdrük olsun ki gərək, öz həyatını və ağır bir durumda olan xəstəliyini unudaraq, Anamın gəlib məni qürbətdə görməsini bu qədər arzulasın. Bəli, həyatı, bəşəri mənada humanizmi və insanlığı bu qədər dərindən anlayan insan üçün böyük əhəmiyyət daşıyan sözlərin müəllifi, Atam Abbas Abdullayevdir. O Abdullayev ki, mənim bir insan kimi formalaşmağımda, sağlam iradəyə sahib olmağımda və nə olursa olsun, zalımın qarşısında həyatım boyunca sınmamağımda əvəzssiz xidmət göstərdi. Diqqət edin, onun bu fəlsəfi ifadəsi, azğın və bütünlükdə insanlıq hissini itirmiş İlham Əliyev rejiminin ona tətbiq etdiyi dəhşət saçan qəddar və quduz münasibətinin zamanına təsadüf edir. Halbuki bu insan mövcud rejim təmsilçilərinin atalarından heç bir sahədə (istər savad, istər diplomatiya, istərsə də böyük dünyagörüşü baxımından) əskik olmayan, zənnimcə hər mənada daha yüksəkdə dururdu.
Bu ay Atamın vəfatının ildönümüdür. Amma mən onun yoxluğunu heç cür qəbul etmirəm, etmərəm də. Çoxları ruhun yaşadığına inanmaq istəmir, amma kim nə deyirsə desin, Atamın ruhu daim məni izləyir və ən çətin vəziyətlərdən belə çıxmağıma yardım edərək, doğru olan yolu göstərir. Və necə ki, bu günə kimi heç bir yaramaz əqidəmi və mənim doğma Azərbaycan xalqına olan məhəbbətimi dəyişə bilməyib, bundan sonra da dəyişə bilməz. Məkanın cənnət olsun. Ata, ruhun heç zaman üstümdən əskik olmasın, inşallah.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button