Hüseyn Abdullayev yazdı: “Göbbelsdən Eynullaya vəsiyyət”

Köşə kimi status

Hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev facebook səhifəsində Azərbaycanın sərt reallıqlarından yazıb. Yazını xural.com Oxucularına təqdim edirik:

Dəyərli Oxucularım!!!
Artıq neçə gündür ki, Adolf Hitlerə xüsusilə yaxın bilinən və 3-cü Reyxin hakimiyyəti zamanı informasiya və təbliğat naziri olmuş Jozef Göbbelsin həyatı ilə bağlı maraqlı bir kitab oxuyuram. Və qeyd edim ki, kitabdakı əsas personajların ( Adolfla Jozefin) istəklərinə, eləcə də prinsiplərinə diqqət yetirdikdə, Azərbaycandakı bənzər və mahiyyətcə eyni olan mənzərəni göz önünə gətirməmək olmur. Üstəlik, günümüzün quya “Göbbels”i sayılan (əslində Eynullası və işverəni) bir personajı da həmin mənzərəyə əlavə etsək, onda mənim bu statusu niyə yazdığımı başa düşəcəksiniz. Beləliklə, 3-cü Reyxin əsas fiqurlarından biri olmuş Paul Jozef Göbbelsin prinsiplərini Azərbaycan xalqına təqdim edirəm.

1. Lazım olduğunda yalan deməkdən utanmayın və çəkinməyin.
Ona görə ki, insanların beyni tənbəldir. Bundan istifadə edib yalanlarınızı o yöndə söyləyin. Çünki tənbəl beyin yalanı daha çox həzm edir və buna meyllidir.

2. Xalqa anlatdıqlarınızın həqiqət olması şərt deyildir.
Önəmli olan kütləni inandırmaq və ağ yalanlarınızla yuxuya verməyinizdir. Xalqı hər zaman qızışdırın və özünəməxsus fikrinin olmasına qətiyyən imkan verməyin.

3. Bir yalanı davamlı olaraq təkrar etməlisiniz.
Bunu edincə xalq o fikrin sizə aid olduğunu unudur və öz fikriymiş kimi olduğuna inanmağa başlayar. Söylədiyiniz yalan nə qədər böyük olsa, o qədər də təsirli və inandırıcı görünəcəkdir.

4. Qarşı tərəf haqlı olsa belə, heç bir halda səhv etdiyinizi və haqsız olduğunuzu qəbul etməyəcəksiniz.
Məhz bu yolla toplumun beyni yuyulur. Özünüzü heç vaxt müdafiə mövqeyinə salmayacaqsınız. Daima hücum edərək, qarşı tərəfi müdafiə durumuna salacaqsınız. Belə olduğu halda, siz deyil, onlar müdafiə olmağa məcbur qalacaqlar.

5. Sizə qarşı yönələn ittihamları görməyəcək və eşitməyəcəksiniz.
Həmin ittihamçıları “Müstəqil” məhkəməmizə verib, layiq olduqları cəzalarını verəcəksiniz. Xalqın ziyalı təbəqəsini aldatmaq önəmli deyil. Bunu etmək, boşuna vaxt sərf etməkdir. Sizin əsil hədəfiniz cahil və savadsız kütləni aldatmaq olmalıdır. Onları fırlatmaq daha rahat və çox asandır.

6. Hakimlərə və prokurorlara diqqət edəcəksiniz və onların müstəqil qərar vermələrinə imkan verməyəcək və göz yummayacaqsınız.
Məhkəmə dövlət həyatının ziyalısı yox, Reyxsfürerin (Hitlerin, ya da günümüzün diktatoru İlham Əliyevin) apardığı dövlət siyasətinin xidmətçisidir.

7. Jurnalistlər çox vacib və önəmlidirlər.
Onları ələ almaqla (verbovka) öz maraqların naminə istifadə edəcəksən. Əgər bir yalanı baha qiymətə satmaq istəyirsənsə, onu ver vicdansız jurnalistlərə.

Və nəhayət 8: SƏN MƏNİ ŞƏRƏFSİZ BİR MEDİA İLƏ TƏMİN ET, MƏN SƏNƏ ŞÜURSUZ BİR XALQ TƏQDİM EDİM.

Dostlar. Bu yazıya Eynullanın da bir vaxtlar mənim ünvanıma tirajladığı fikirləri əlavə edib, statusumu yekunlaşdırmaq istəyirəm. Deməli xatırlayırsınızsa, həmin bu yaramaz öz saytında heç bir təməli olmayan və əsassız məqalələr yazıb məni banditizmdən – liberalizmə keçməkdə ittiham edirdi. Ay bədbəxt, Hüseyn Abdullayevin necə haqqın və ədalətin yanında olduğunu bütün Azərbaycan bilir. Amma sənin ( bir vaxtlar guya vicdan məhbusu olmuş) birisinin DEMOKRATİZMDƏN – P…ZERVATİZMƏ keçməyini heç kim anlamır ki, anlamır…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button