Hüseyn Abdullayevdən duyğulu bir şeir: “Bizəmi qaldı”

hüseyn abdullayev

Hüseyn Abdullayev

Mühacirətdə yaşayan Hüseyn Abdullayev ölkənin indiki durumunu əks etdirən şeir yazıb. Xural.com Hüseyn Abdullayevin facebook statusuna istinadən həmin şeiri dərc edir. Azərbaycanın indiki vəziyyətini analiz edən, “Hanı o inkşaf, göstərin hanı, nə günə qoydunuz Azərbaycanı” deyən şeirdə bir fəryad var – Vətəndaş fəryadı.

“Haqqıdır firavan ömür sürməsi,
Azad yaşaması xoş gün görməsi,
Bezib öz canından, əzab çəkməsi,
Bizim xalqımıza, bizəmi qaldı?

Nəyə fərəhlənsin hələ də bilmir,
Taqəti qalmayıb, gözləri gülmür,
Qısılıb abrına, gizlicə dinmir,
Ah çəkib ağlamaq, bizəmi qaldı?

Sən bir halına bax muğamın bu gün,
Kaman qəm-qüssəli, tar da çox üzgün,
Bitsin bu bədbinlik, yetər bu hüzün,
Dərd çəkib ağlamaq bizəmi qaldı?

Zəngin məmləkətin səfil insanı,
Hanı o inkşaf, göstərin hanı?
Nə günə qoydunuz Azərbaycanı,
İllərlə sürünmək bizəmi qaldı?

Gül kimi gənclərə, o saf ürəklərə,
Mənim millətimə, bizəmi qaldı?”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button