İbrahim Ləmbəranski və Məhəmməd Əsədovun oğlu yeni vəzifəyə təyin olunub

prokurorluq

Xural.com apa.az-a istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Pirallahı rayon prokuroru, Səbail rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Natiq Əsədov isə Səbail rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, prezident İlham Əliyev 2012-ci ildə Pirallahı rayonunun, 2013-cü ildə isə Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Pirallahı rayon prokuroru təyin olunmuş İ. Ləmbəranski bir sıra səs-küylü cinayət işinin istintaqını aparıb.

Səbail rayon prokuroru vəzifəsinə təyinat alan N. Əsədov isə 1991-ci ildə Qarakənd faciəsi zamanı həlak olan Azərbaycanın sabiq daxili işlər naziri Məhəmməd Əsədovun oğludur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button