İbrahimbəyov Moskva azərbaycanlılarıyla görüşməyəcək

rustem ibrahimdfch10.07.2013

Bəzi KİV-lərdə Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun iyulun 12-də Moskvada yaşayan azərbaycanlılarla görüşəcəyi barədə məlumat yayılıb. Məlumatda Milli Şura ilə bağlı olan rəsmi strukturlara deyil, Moskvada adı açıqlanmayan mənbəyə istinad olunub. Hətta görüşün keçiriləcəyi konkret ünvan, müzakirə olunacaq məsələlər, gözlənilən dəvətlilərin də adı qeyd olunub.
Milli Şuranın hazırda Moskvada olan sədri Rüstəm İbrahimbəyov yayılan məlumatı təkzib edib: «Bu barədə heç bir məlumatım yoxdur. Mənim planlarımda belə bir görüş yoxdur» – deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button