İcra Hakimiyəti Nardaran meydanını təmizləyir: Cənazə namazı qılınacaq – FOTO+VİDEO

 
nardaran 2Nardaranda “İmam Hüseyn” meydanı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təmizlənir.
 
nardaran 3xural.com musavat.com-a istinadən xəbər verir ki, polislə silahlı toqquşmada ölənlərin meyitinin əvvəlcə meydana gətiriləcəyi və burada cənazə namazı qılınacağı gözlənilir.
nardaran 1Ölənlərin sayının 5 olduğu bilinir, amma kənd sakinlərinin dediyinə görə, bu rəqəm dəqiq deyil və ölü sayı çox da ola bilər: “Biz də mətbuatda yazılandan bilirik ki, 5 nəfər ölüb. Amma çox olduğunu da deyənlər var. Daha dəqiqini cənazələri gətirəndə biləcəyik”.
Qeyd edək ki, noyabrın 26-dan kənd sakinləri tərəfindən qurulan postlar sökülüb. “İmam Hüseyn” meydanı boşaldılıb. Nardaran camaatı meyitlərin verilməsini, elektrik enerjisinin bərpa edilməsini gözləyir.
Kəndə avobusun hərəkəti tam bərpa olunub. Elektrik enerjisi verilmədiyindən telefon xətləri də işləmir.
xural.com meydan.tv-yə istinadən Nardaran qadınlarının müraciətini yayır:
Noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Əbülfəz Bünyatovun anası hadisə gününü belə xatırlayır.
“Tarix boyu o qədər güllə atmazdılar. Üzləri maskalı, təkcə gözləri görünür. Sanki qaniçən qatildilər. Nə dildə danışırdılar başa düşmürdüm. Mənim körpə balalarım qorxdular. Güllə səsindən fəryad elədilər. Biri 3 gecədir ki yatmır. Baxdım öz oğluma, gördüm bu uşaq demək olar ölüb burada. Soruşdum ki vurublar Əbülfəz səni? Astaca dedi ki hə. Ondan başqa da nə qədər uşaq – kürəkənimi, oğlumu, camaatın balalarını… Nəyə görə?”
Əbülfəz Bünyatovun anası əlavə edir ki silahlılar bayrağı da güllələyiblər.
“Bu Azərbaycanın bayrağıdır, atributumuzdur. Əgər bunu gülləliyiblərsə, demək burada prezidentimiz, nazirlərimiz günahkardır. Bu evin içində gəlinim, balalarım,özüm dəhşətli faciə yaşadıq. Buna hökumət hardadır? Mehriban xanım hardadır, eşitmir bunları.”
Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman Birliyi” adı altında qanunuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2-si polis olmaqla 7 nəfər öldürülüb.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button