İctimai Palata “Xural” qəzetinə basqıları müzakirə edəcək

İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısında “Xural” qəzetinin əmlakının müsadirə edilməsi və çapına qadağa qoyulması məsələsi müzakirə ediləcək.
Bu barədə XuralTAC-a İP Koordinasiya Şurasının üzvü Ədalət Yusibov məlumat verib. Ə.Yusibov son zamanlar hakimiyyət tərəfindən azad mətbuata edilən basqıların artmasının narahatlıq doğurduğunu bildirib: “İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısında “Xural” qəzetinə qarşı basqılar müzakirə olunacaq. Biz mətbuata basqıların artmasından narahatlıq keçiririk. Yaxın müddət ərzində İctimai Palatada mətbuatla bağlı müzakirələrin keçirilməsini planlaşdırırıq. Koordinasiya Şurasının toplantısında mətbuatla bağlı dinləmələrin keçirilmə vaxtı ilə bağlı qərar qəbul ediləcək”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button