İctimaiyyət nümayəndələri Prezidentə müraciət etdilər: “Bakını xilas edin!”

Şairə, pedaqoq Kəmalə Abiyevanın təşəbbüsü ilə Bakıdakı söküntülərlə bağlı vətəndaşların, ziyalıların ölkə başçısına narahatlıq dolu müraciəti yayılıb. Paytaxtda olan tarixi tikililərlə bağlı vətəndaş narahatlığını ifadə edən müraciət sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılır. Xural.com müraciəti olduğu kimi Oxucuların diqqətinə çatdırır:

“Cənab prezident! Biz hər birimiz bu dövləti sevən, bu torpağı VƏTƏN bilən Azərbaycan vətəndaşıyıq. Dövlətin möhkəmlənməsi, inkişafı, tanınması, yüksəlməsi naminə görülən işləri və bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyirik.
Bakı Vətən dediyimiz dövlətin paytaxtı – ürəyidir. Onun hər daşı hər birimiz üçün əzizdir, qiymətlidir – vətənin bütün daşları kimi. Amma bu daşlar başımıza, ürəyimizə yağır. Bakıda sökülməli olan evlər, məhəllələr də var. Göz bəbəyimiz kimi qorunmalı olan daşlar da. Hal-hazırda elə binalar sökülür, dağıdılır ki, onlar tariximizdi – onlar tarixi abidələrdi.
Tarixi abidələrin qorunması haqqında qanunun ikinci maddəsində deyildiyi kimi: “Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir”.
Bu yaxınlarda Azərbaycanın böyük sənətkarı Abbas Mirzə Şərifzadənin evi sökülərək həmin dəyərlərdən biri məhv edildi. Bu binanın üç əsrlik yaddaşı vardı. Qanuna görə tarixi şəxsiyyətlərlə bağlı binalar, xatirə yerləri qorunmalıydı…
Qanunun ikinci maddəsinin b bəndində bununla bağlı yazılmasına baxmayaraq, Bakının müxtəlif yerlərində aparılan söküntü işləri illərdi davam edir. Şəhərin mərkəzində, “Sovetski” adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır. Yasamal rayonunun başqa bir yerində, Murtuza Muxtarov 83 küçəsində  “Yuğ” teatrının yerləşdiyi tarixi bina da eyni aqibətlə üzləşdi. O binanın əsası 1888-ci ildə qoyulmuşdu. On doqquzuncu əsr Azərbaycan memarlığını ifadə edirdi. “Fərəculla hamamı” kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı. Biz istənilən turisti bu yerlərə dəvət edib 19-cu əsrin Bakısı ilə tanış edə bilərdik…İndi də milyonçu Ağabala Quliyevin evinin söküləcəyi haqda xəbərlər yayılıb. Biz çox narahatıq, Cənab Prezident.
Tarixi abidələrin qorunması haqqında qanunun ikinci maddəsinin b bəndinə əsasən bu tikililər, iç-içə evlər, dalanlar memarlıq abidələri kimi qorunmalıdı.
b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzunömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;

Möhtərəm cənab prezident!
İnandığımız, güvəndiyimiz, son istinad yeri və bu dövlətin başçısı kimi sizdən acizanə xahiş edirik, muzey kimi qorunmalı olan, tarixi tikililərin, binaların, məhəllələrin sökülməsinin qarşısını alasınız.Yoxsa, Bakımız məhv olacaq. Heç olmasa qalanları xilas edək.

Vətənin hər daşını, hər qarışını sevən Azərbaycan Respublikasının vətəndaşları:
1. Kamalə Abiyeva – AYB  üzvü, təhsil işçisi
2. Rəhman Orxan – jurnalist, AYB  üzvü
3. İlhamiyyə Rza – jurnalist
4. Aytən Yusifova – memar
5. Şəhla Quluzadə – təhsil işçisi.
6. Anar Quluzadə – mühəndis
7. Bəhruz Salmanov – AR vətəndaşı
8. Kəmalə Pənahova – AR vətəndaşı
9. Seymur Fərzəliyev – hüquqşünas
10. Şövkət Səmədova – təhsil işçisi.
11. Roza İsmayılova – təhsil işçisi
12. Rövşən Lətifov – iş adamı
13. Sevda Vahid – memar
14. Gülşən Rafiqqızı – AzTU-nun dosenti
15. Aybəniz Ələkbərova – iqtisadçı
16. Aysel Əlizadə – publisist-yazar
17. Təranə Musayeva – tərcüməçi, AYB üzvü
18. Mehparə Rəhimqızı – təhsil işçisi
19. Fərhad Mehdiyev – hüquq professoru,
20. Gülnaz Qənbərli – jurnalist
21. Rahib İsmayılov – dövlət qulluqçusu
22. Qalib Əlibəyli – gənc vətəndaş
23. Erşad Məhərrəmli – təhsil işçisi
24. Teymur Əliyev – rejissor, aparıcı
25. Müşfiq Şükürov – filosof
26. Lalə Qasımova – ədəbiyyatçı
27. Elnur Məmmədli – maliyyəçi
28. Şahin Əzimov- iqtisadçı
29. Fidan Hüseynova – gənc vətəndaş
30. Bədurə Süleymanova – ədəbiyyatçı
31. İradə Süleymanova – həkim
32. Nərmin Dadaşova – yazar
33. Fuad Məmmədov – mühəndis
34. Cabir Hacıyev – iqtisadçı
35. Pərvin Abdullayeva – iqtisadçı
36. Elşən Abdulla – tarixçi-arxeoloq
37. Həqiqət İsmayılbəyli – hüquqşünas
38. Aysel Cəbrayılova – təhsil işçisi
39. Almaz Əliyeva – yazıçı, AYB üzvü.
40. Fərid Gəmici – mühəndis
41. Nəriman Etibarov – texnoloq
42. Səlim Hacıyev – gənc vətəndaş
43. Rəhimə Qiyasova – iqtisadçı
44. Turxan Abdullayev- əmtəəşünas
45. Zahid Kərimov – rəssam
46. Xətai Kərimov – iqtisadçı
47. Arif Ərşad – yazıçı, tərcüməçi
48. Rövşən İbrahimov – politoloq
49.Yeganə Kərimzadə – yazıçı, rejissor
50. Nİgar Allahverdi – müəllimə
51. İlqar Məmmədov – sürücü
52. Əyyam Əmirov – reportyor
53. Famil Rzayev – AR vətəndaşı
54. İradə Quliyeva – AR vətəndaşı
55. Gülər Axundova – evdar xanım
56. Eliza Dadaşzadə – məktəbli
57. Sevinc Babayeva – müəllimə
58. Erkin Süleymanlı – Tibb Elmləri Namizədi
59. Yusif İbrahimov – həkim
60. Leyla Quliyeva – tələbə
61. Sübhan Padarov – tarixçi
62. Sevil Cəlilova – həkim
63. Səmayə Abdullayeva – evdar xanım
64. Fəridə Kazımova – evdar xanım
65. Oktay Abdullayev – təqaüdçü
66. Şəbnəm Həsənova – TV aparıcı
67. Pərvanə Şıxəliyeva – təhsil işçisi
68. Əfsanə Hikmətli – hüquq müdafiəçisi
69. Fəxrəndə Dəmirova – müəllimə
70. Fəridə Mehdiyeva – ekoloq
71. Fəridə Kazımova – mühəndis
72. Ülkər Yusifova – tələbə
73. Elnarə Mirzəyeva – tələbə
74. Sevda Əliyeva – tələbə
75. Ramal Qurbanov – AR vətəndaşı
76. Dilqəm Əhməd – jurnalist
78. Tacirə Mahmudova – AR vətəndaşı
79. Ruqiyyə Əmirli – AR vətəndaşı
80. İradə Dadaşova – müəllimə
81. Gülüstan Ələkbərli – maliyyəçi
82. Sahilə İbrahimova – yazıçı
83. Rəbiqə Nazimqızı – şairə
84. Ramin Hacılı – siyasətçi
85. Bahar Hacızadə – təhsil işçisi
86. Arzu Məmmədova – dövlət qulluqçusu
87. Vəfa Rüstəm – vəkil
88. Şəhla Hümbətova – vəkil
89. Lalə Qasımova – AR vətəndaşı
90. Qaşqay Cəlilov – AR vətəndaşı
91. Ömər Hüseynov – AR vətəndaşı
92. Famil Rzayev – AR vətəndaşı
93. Aygün Fəttahova – AR vətəndaşı
94. Asəf Əmirov – AR vətəndaşı
95. Esmira Məmmədova – AR vətəndaşı
96. Səidə Vəliyeva – AR vətəndaşı
97. Hikmət Həsənov – televiziyaçı
98. Ulduzə Rüstəmova – mədəniyyət işçisi, bədii rəhbər.
99. Səmər Əvəzqızı – mədəniyyət işçisi
100. Nazim Cəfərov – sahibkar
101. Gül Abbasova – jurnalist”

bina bina1 bina2 bina3 bina4 bina5 bina6 bina7 bina8

Xural.com

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button