İdrak Abbasovu Kiyevdə niyə həbs ediblər?

Hazırda Norveçdə beynəlxalq ICRON təşkilatının azad şəhər layihəsi əsasında yaşayan siyasi mühacir, jurnalist İdrak Abbasov bu gün maraqlı status paylaşıb. Onun yazdığına görə, avqustun əvvəllərində onu Kiyev hava limanında iki gün ərzində saxlayıblar. Beynəlxalq təşkilatların müdaxiləsindən sonra isə İdrakı buraxmağa məcbur olublar. İdrak Abbasov elə düşünür ki, bəlkə onu FETÖ-çu kimi saxlayıblarmış. İ.Abbasovun statusunu xural.com təqdim edir:

“Son günlər yayılan bəzi xəbərlər və hadisələr məni də yaxın keçmişdə baş vermış bir hadisəni açıqlamağa məcbur etdi. Məhdud sayda dosların bu məsələdən artıq xəbərləri var. Amma analoji qanqaraçılıqla digər dostların üzləşməməsi üçün xəbəri ictimailəşdirmək qərarına ğəldim.
Deməli, mən avqustun 1-də Norveçdən Turk Hava Yollari ilə (tranzit – Türkiyədə pasport kontroldan keçmədim və baqajım da yox idi) Kiyevə uçdum. Kiyevdə sərhəd xidmətinə -pasport nəzarətinə ölkəyə daxil olmaq üçün pasportumu və Norveçdəki oturum izni vəsiqəsini verdim. İçəridə oturan yekəqarın məmur mənə bir az baxdı, pasportu qurtdalamaga başladı və s. Elə bu vaxt iki nəfər hərbi geyimli yaxınlaşıb məni kənara çəkdilər. İki-üç metrə uzaqlaşan kimi əllərimi qandallayıb aparıb bir otağa saldılar. Dedim nə məsələdir, dedilər ki, biz əmrə tabe adamlarıq – “prişli po krasnıy knopke”. Təxminən yarım saatdan sonra rəisləri gəldi və başladı məni sorğu-sual eləməyə ki kimsən, nə işlə məşğulsan, Norveçdə neynirsən, Türkiyədə kimlərlə görüşmüsən, niyə İstanbuldan gəlirsən, Ukraynaya niyə gəlmisən və s. Dedim, saxlanmağımın səbəbini deyin. Dedilər ki, sənin pasportun şübhəlidir, aydınlaşdırırıq. Dedim, ay lələşlər, tədbirə gedirəm. Özüm də Norveçdə mühacirəm. Dedilər ki, mühacir adamın vətəndaşlığı olmur, amma sən Azərbaycan vətəndaşısan. Dedilər, biz səni Türkiyəyə göndərəcəyik, qoy onlar Azərbaycan tərəfi ilə müəyyən etsinlər ki, kimsən. Bizdə sadəcə səni saxlamaqla bağlı əmr var. Uzun sözün qısası, oradan dost-tanışa vəziyyətlə bağlı xəbər verdim. Xüsusilə, Norveçin Kiyevdəki səfirliyi, BMT missiyası, İnsan Hüquqları Evi Şəbəkəsi, Helsinki Komissiyası, ATƏT, AŞ, AB və ABŞ səfirliyinin müdaxiləsindən sonra xaxolların məni türklərə təhvil verməyə cəsarəti çatmadı və iki gün saxlasalar da, azad etməyə məcbur oldular. Bu baş verənləri sıradan bir olay hesab etmişdim. Amma mən də iki ildir ki, “Azərbaycan saatı” ilə əməkdaşlıq edirəm, indi barmağımı dişləyib düşünürəm ki, bəlkə elə məni də FETÖ üzvü kimi türklərə təhvil vermək istəyirmişlər?”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button