İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradıldı

Departament Vergilər Nazirliyi yanında fəaliyyət gösərəcək

Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

24saat.org Vergilər Nazirliyinə isinadən xəbər verir ki, Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button