İdxal olunan məhsulların həcmi azalıb

idxalİxracın idxalı üstələməsi nəticəsində 867,2 milyon dollar məbləğində müsbət saldo yaranıb

xural.com   Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-aprel aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 7673,4 milyon dollar məbləğində ticarət əməliyyatları aparılıb.

Əmtəə dövriyyəsinin 55,7 faizini və ya 4270,3 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 44,3 faizini (3403,1 milyon dollarını) isə idxal məhsulları təşkil edərək, ixracın idxalı üstələməsi nəticəsində 867,2 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 15,4 faiz, o cümlədən ixrac 12,4 faiz, idxal isə 23,4 faiz artıb. Əmtəə mübadiləsinin 11,2 faizi və ya 858,2 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 46,4 faizi və ya 3558,7 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 42,4 faizi (3256,5 milyon dolları) digər dövlətlərlə aparılıb.

İdxal olunmuş malların 21,5 faizi və ya 732,1 milyon dollarlığı MDB üzvü ölkələrinin, 26,8 faizi və ya 911,0 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 51,7 faizi (1760,0 milyon dolları) digər dövlətlərin payına düşür.

İxrac edilmiş malların 3,0 faizi və ya 126,1 milyon dollarlığı MDB üzvü ölkələrinə, 62,0 faizi və ya 2647,7 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 35,0 faizi (1496,5 milyon dolları) digər ölkələrə göndərilib.

Yanvar-aprel aylarında qeyri-neft məhsulları ixracının həcmi keçən ilin eyni dövrünün göstəricisini 34,9 faiz üstələyərək 596,5 milyon dollar təşkil edib.

Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 25,1 faiz, sənaye mallarının ixracı isə 35,4 faiz artıb. 

xural.com  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button