“İhlas” xəbər agentliyinin işdən çıxarılan Moskva müxbirindən sensassiyalı açıqlamalar

ferid-jurnalist

Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb.

Bunu jurnalistin özü Facebook-da yazıb.

Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib:

“Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca “işim” olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “ “Boş ver Rusiya-Türkiyə ilişkilərini, işindən atılırsın, kimsə sənə sahip çıxmaz”, – sözləri idi”.

Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub:

“Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”.

Musavat.com

Əlaqəli məqalələr

1 şərh

  1. Fuad qardasimiza halal olsun o öz vetendasliq borcunu yerine yetirerek dövletimizi xalqimizi layiqince müdafie edib indide bizim dòvlet ona sahib cixib yardim etmelidimen dövletimize Prezidenimize güvenirem ve inaniram ki öz vtendasina yardim edecek hemseki kimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button