II Sultan Səlimin qılıncı 35 il sonra tapılıb

Osmanlı Sultanı II. Səlimin Lefkoşadakı Səlimiyə məscidində itən qılıncı 35 il sonra İngiltərə Muzeyində tapılıb. Qılınc mart ayında 15 milyon sterlinqə satışa çıxarılacaq.

Osmanlı padşahlarından Qanuni Sultan Süleymanın oğlu və dövrün padşahı II. Səlim Kıbrısın fəthindən sonra möhürlü qılıncını orda buraxıb. “Səlimiyyə” məscidində illərcə mühafizə edilən bu qılınc 1982-ci ildə itib. Məsciddəki səlahiyyətlilər tərəfindən ingilislərə 4 milyon sterlinqə satılan qılınc yaxında İngiltərə muzeyində tapılıb. KKTC Xarici İşlər Nazirliyi qılıncın qaytarılmasını tələb edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button