İki Astara arasında 100 milyonluq körpü –İran və Azərbaycana nə vəd edir?

korpu-1

İranın iribnews.ir xəbər saytı İran Astarası ilə Azərbaycan Astarasını birləşdirəcək dəmiryolundan yazıb.

Gilan vilayətinin qubernatoru Mohammad Ali Najafi deyib ki, İnvestisiya layihəsinə görə, Astara çayı üzərindən çəkiləcək 80 metrlik dəmiryolu körpüsü 100 milyon dollara başa gəlməlidir. Qubernatorun sözlərinə görə, bunun çəkilməyi ilə regionda ticarət tamamilə dəyişəcək.

Xatırladaq ki, Astaraçayın üzərində tikiləcək dəmir yolu körpüsünün aprelin 20-də təməli qoyulub. Körpü İranla Azərbaycanın dəmir yollarını birləşdirəcək.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10, uzunluğu isə 82 metr olacaq.

3 aşırımlı və 4 dayaqlı  körpünün üzərində hər iki istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq.

İribnews yazır ki, İran ərazisində Qəzvin-Rəşt-Astara dəmiryolunun çəkilişi isə final mərhələsindədir və onun əsas yola birləşdirilməsi gündəlikdədir.

Qubernatorun sözlərinə görə, Azərbaycanla İranın dəmiryollarının birləşməsi Hindistandan Şimali Avropaya qədər 5200 km-lik dəmiryolu xətti yaradacaq. Bununla malların daşınmasının vaxtı indiki 45 gündən 20 günədək azalacaq.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin dediklərini də sayt sitat gətirir ki, Astara-Astara dəmiryolunun açılışı ildə 5 milyon ton mal daşımağa imkan verəcək və gələcəkdə bu, 10 milyon tona çatacaq.

Azadliqradiosu.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button