“İlahi, mənə mələklərinlə bir tabut göndər…”

Həyatda ən qorxduğum, sevgilimi qocalmış görməyimdir… İnsan yaranan gündən onun sevgisi də yaranır. Necə ki uşaq dünyaya gəlməmiş ana məhəbbəti doğulur, elə də dünaya gələn uşaq özünü dərk edəndə sevməyə başlayır. O sevgi onu həyatda az da olsa müdrik insan kimi ilk addımlarını atmağa hazırlayır. Uşaq çağlarında insanın hamı başını tumarlayır, zaman keçdikcə o uşaq böyüyür, onu tumarlayan azalır, bu, o deməkdir ki, uşaq vaxtı hər bir insan sevilməyinə baxmayaraq, o uşaq böyüdükcə o sevgilər dayanır: – O sevgilər dayananda, o insan özü sevməyə başlayır. İlk sevgilər bir qədər dəli kimi olsa da, insan o sevdiyi insandan ayrılıb yenidən başqasını sevməyə başlayanda artıq bu sevgi yox, bu zülüm olur o şəxsə.
melek
Yazıçı kimi həyatda sevdiyim insanlar olub, indi də var, lakin ayrıldığım insanlar da az deyil, düşünəndə ayrılığın acılarını, görürəm ki, bu ayrılıq ölümdən çətindir. Ölüm yox deməkdir, ayrılıq gözü yolda qalmaq. Yazıçılara, şairlərə, digər tanınmış şəxslərə sual verəndə ki “Ötən günlərini, qaytarsaydılar, gələn günlərini qurban verərdin” çoxusu bu suala “hə” cavabı verir. Bir gənc yazıçı kimi mən yox söyləyirəm, çünki ötən günlərim çox acılı günlər olub. Həyat davam etdikcə, dünya qocaldıqca, insan da qocalır, adətən hər insan gənc çağlarından çox, qocalığı çox yaşayır, yaşımızın üstünə yaş gəldikcə, xüsusiyyətimiz, üz quruluşumuz dəyişir. Mən həyatda çox insanları müqayisə etmişəm. Adətən yazıçıları yazıçı edən, gözəl qadınlar və onların ayrılıqlarıdır. Yazıçılar dünyanın ən ərköyün, ən çox da döyülən övladlarıdır. Yazıçıların ömrünü vərəqləyəndə çoxunun həyat yoldaşının vaxtından tez dünyasını dəyişməsi və o yazıçının da əvvəlki əsərlərindən çox, həyat yoldaşı dünyasını dəyişəndən sonra yazdığı yazılarının kədərli və yazdığı əsərlərin hər biri üsyan edən əsərlər olur. Gənc yazıçı kimi hərdən düşünürəm, görəsən, sevdiyim xanımı itirsəm, ya neçə illərdən sonra onunla üz-üzə gəlsəm, onu qocalmış görsəm, ona münasibətim necə olar, bu suallar içində fikrə dalıram! Çox qorxuram, çox… Mənim həyatda ən çox qorxduğum sevgilimi qocalmış görməyimdir, buna dözə bilmərəm. İlahi, mənə mələklərinlə bir tabut, bir də ki yas şamı göndər…
Azər Allahverdiyev
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button