İlahiyyatçıdan qalmaqallı açıqlama

Elşad Miri

“Bir insanın harada doğulması öz əlindədirmi? Hansısa insanın harada doğulması ona üstünlük gətirirmi? Allah Quranda üstünlüyün təqva, yəni məsuliyyət şüuru ilə olduğunu buyurmurmu?”.

İlahiyyatçı Elşad Miri imam Əlinin Kəbədə doğulması məsələsinə aydınlıq gətirərkən belə deyib.

Ekspert bildirib ki, imam Əlini üstün şəxsiyyət edən onun Kəbədə doğulması faktı deyil.

“İmam Əlini üstün şəxsiyyət edən Kəbədə doğulmasıdırmı? Sonuncu Peyğəmbərimizin əmisioğlu, onun kürəkəni, igid, cəngavər olmasıdırmı? 

Ümumiyyətlə, Kəbə doğum evidirmi? Əgər İmam Əli Kəbədə doğulubsa, həmin vaxt ora yüzlərlə bütlərin, yəni bütpərəstliyin məkanı deyildimi? Orada doğulmaq üstünlükdürsə, bəs orada doğulmayan Muhəmməd peyğəmbər haqqında bu fikirdə olanlar nə düşünürlər?”, – deyə sual edib.

Elşad Mirinin fikrincə, bu cür düşüncələr, İmam Əlinin Quranla şərəfləndiyini bir kənara atmaqdır.

Modern.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button