İlham Əliyev Davudoğlu ilə görüşdü – FOTOLAR

14606411035590538777_1000x669

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu bəyan edilib, ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan prezidenti İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıb.

Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button